Çin 2030-cu ilədək astronavtları Aya göndərəcək
30.10.2025 [20:18]
Çin 2030-cu ilə qədər Aya astronavtları endirməyi öhdəsinə götürüb və Yerin təbii peykində kosmik proqramın intensiv inkişaf və sınaq cədvəlini müəyyən edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Pilotlu Kosmik Administrasiyası (CMSA) cümə axşamı günü bəyanatla çıxış edib. O açıqlayıb ki, qarşıdan gələn əsas proseslərə “Lanyue” eniş aparatının inteqrasiya olunmuş sınaqları, “Mengzhou” pilotlu kosmik gəmisi üçün istilik və maksimum dinamik təzyiq sınaqları, eləcə də “Long Marsh -10” buraxılış vasitəsinin aşağı hündürlükdə uçuşları daxildir.
CMSA sözçüsü Çjan Cinbo mətbuat konfransında gələn il üçün planlaşdırılan ictimai loqotip toplama kampaniyasının Çin kosmik stansiyasına proqramlarla yanaşı, “Mengzhou-1” missiyasını da əhatə edəcəyini açıqlayıb. “Mengzhou-1” Ay missiyaları və kosmik stansiyanın aşağı Yer orbitində fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.
Çjan Cinbo qeyd edib ki, pilotlu Ay missiyası üçün bütün inkişaf və tikinti işləri cədvələ uyğun olaraq davam edir. Əsas uçuş avadanlıqlarının, o cümlədən “Long Marsh -10” buraxılış aparatının, “Mengzhou” kosmik gəmisinin, “Lanyue” eniş aparatının, “Vangyu” Ay skafandrının və “Tansuo” Ay roverinin prototipləri tamamlanıb.
Bundan əlavə, elmi tədqiqatlar və praktiki tətbiqlərlə bağlı faydalı yük dizaynı başa çatıb və buraxılış meydançası, izləmə şəbəkəsi, eniş yeri də daxil olmaqla yerüstü infrastruktur üzərində işlər sürətlə davam edir.
Administrasiyanın sözçüsü, həmçinin qeyd edib ki, bir çox yeni texnologiyalar hələ də sınaqdan keçirilməli və istifadə üçün təsdiqlənməlidir, xüsusən də yüksək keyfiyyət standartları və uçuş sınaqları üçün sıx müddətlər nəzərə alınmaqla, qarşıda duran işlərin həcmi çox böyükdür.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

