Bundestaq Almaniya Ordusunun iki beynəlxalq missiyada iştirakını uzadıb
17.10.2025 [22:13]
Almaniya Bundestaqı Silahlı Qüvvələrin (Bundesver) iki beynəlxalq missiyada - Cənubi Sudandakı BMT missiyasında (UNMISS) və Qırmızı dənizdəki Avropa İttifaqı missiyasında (EUNAVFOR Aspides) iştirakını uzadıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinnin məlumatına görə, hər iki missiyanın müddəti 2026-cı il oktyabrın 31-dək uzadılıb. Bundesver BMT-nin Cənubi Sudan missiyasında 2011-ci ildən iştirak edir. Missiyanın əsas məqsədi mülki əhalinin qorunması, 2018-ci ildə imzalanmış sülh sazişinin icrasına dəstək, insan haqlarının müşahidəsi və humanitar yardım üçün şəraitin yaxşılaşdırılmasıdır. Almaniya bu missiyada hərbi müşahidəçilər və ekspert heyəti ilə təmsil olunur. Missiyanın uzadılması ölkədə təhlükəsizlik vəziyyətinin hələ də həssas olması və əhalinin böyük hissəsinin humanitar yardıma ehtiyacı ilə izah edilir.
“EUNAVFOR Aspides” əməliyyatı isə Avropa İttifaqı tərəfindən ötən il fevralın 8-də təsis olunub. Almaniyanın iştirakı Bundestaq tərəfindən həmin il fevralın 23-də təsdiqlənib. Missiyanın məqsədi Qırmızı dəniz və Bab əl-Mandab boğazında ticarət gəmilərinin Yəmənin Husi silahlılarının hücumlarından qorunması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsidir. Almaniya bu missiyada Larissadakı qərargah heyəti, əməliyyatın rəhbərlik gəmisi üzərində heyət, hava patrulları və gəmi-kater iştirakçıları ilə təmsil olunur. Mandatın uzadılması Husilərin davam edən hücumları və ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunması zərurəti ilə əsaslandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

