BMT dünyada 673 milyondan çox insanın aclıq çəkməsinin səbəblərini açıqlayıb
15.10.2025 [19:29]
BMT-nin məlumatına görə, dünya əhalisinin 8 faizindən çoxu və ya təqribən 673 milyon insan kifayət qədər qida qəbul etmir və ac qalır. Bu ağır vəziyyətin yaranmasında münaqişə, iqlim dəyişikliyi və bərabərsizlik kimi faktorlar rol oynayır, lakin qida təhlükəsizliyi kimi daha çox tanınan problemin başqa səbəbləri də var.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, hər il oktyabrın 16-da qeyd olunan Ümumdünya Ərzaq Günü ərəfəsində dərc olunan hesabata görə, 8 milyarddan çox dünya əhalisini qidalandırmaq üçün kifayət qədər ərzaq olmasına baxmayaraq, insanların hələ də ac qalmasının beş əsas səbəbi var.
1. Münaqişələr və siyasi qeyri-sabitlik
Ukrayna, Sudan və Qəzza kimi silahlı münaqişələr ərzaq istehsalını, tədarük zəncirlərini və bazarlara çıxışı pozur. Bu, insanların didərgin düşməsinə gətirib çıxarır, kəskin qida çatışmazlığı yaradır. Haitidə təxminən 5,7 milyon insan, əhalinin təxminən yarısı zorakılıq səbəbindən evlərini tərk edib və onların çoxu qida təhlükəsizliyi vəziyyətinin pisləşməsi ilə üzləşir. Hazırda 1,9 milyon sakin fövqəladə vəziyyətdədir.
BMT münaqişə bölgələrində Ümumdünya Ərzaq Proqramı vasitəsilə kəskin ərzaq təhlükəsizliyi ilə üzləşən əhaliyə təcili ərzaq yardımı edir. Mənfi təsirə məruz qalan icmalar, həmçinin toxum, mal-qara və əkinçilik alətləri ilə təmin edilir ki, onlar özləri üçün məhsul yetişdirə bilsinlər və yardıma bel bağlamasınlar.
2. İqlim dəyişikliyi və ekstremal hava
Quraqlıqlar, daşqınlar və isti hava dalğaları da daxil olmaqla artan iqlim dəyişmələri fermerlərin məhsul yetişdirmək qabiliyyətinə mənfi təsir göstərir. Bu, xüsusilə həssas bölgələrdə kənd təsərrüfatı məhsuldarlığını və ərzaq əlçatanlığını zəiflədir.
Somali, Sudan, Cənubi Sudan, Mali, Burkina-Faso, Konqo Demokratik Respublikası, Nigeriya və Efiopiya münaqişə, quraqlıq, daşqın və səhralaşma nəticəsində kəskin qida çatışmazlığı ilə üzləşir. Məsələn, Somali son dörd onillikdə ən pis quraqlıq mövsümləri yaşayır və bu, illərlə davam edən münaqişə və köçü artırır.
BMT ekoloji şokların təsirini azaltmaq və yeni hava normalarına uyğunlaşmaq üçün iqlimə davamlı əkinçilik təcrübələrini təbliğ edir.
3. İqtisadi şoklar və inflyasiya
Qlobal və regional iqtisadi tənəzzül, artan ərzaq və enerji qiymətləri, inflyasiya aşağı gəlirli ölkələrdə alıcılıq qabiliyyətini və qidaya çıxışı azaldır.
COVID-19 pandemiyası, Ukraynadakı müharibə və iqlim şokları 2020-2024-cü illər arasında ərzaq qiymətlərinin artmasına səbəb olub.
Ərzaq qiymətləri artdıqca və real əməkhaqqı aşağı düşdükcə, inflyasiya güclənir, xüsusən də aşağı gəlirli ölkələrdə insanlar qida ala bilmir və çox vaxt yarıac keçinirlər.
İqtisadi sarsıntılar və inflyasiya dövründə Birləşmiş Millətlər Təşkilatı qida rasionunun və qida əlavələrinin paylanmasını genişləndirir, həmçinin ailələrə ərzaq almaqda kömək etmək üçün nağd pul köçürmələri təqdim edir, həm qidalanma, həm də yerli bazarlara dəstək verir.
4. İfrat yoxsulluq və sosial bərabərsizlik
İfrat yoxsulluq və sosial bərabərsizlik xüsusilə kənd yerlərində və təcrid olunmuş icmalarda xroniki aclığı davam etdirərək qida və resurslara çıxışı məhdudlaşdırır. Aşağı gəlirlər, zəif infrastruktur və yerli xidmətlərin olmaması çox vaxt təcrid olunmuş icmaların (xüsusilə qadınlar və yerli qrupların) kifayət qədər qidalana bilməməsi ilə nəticələnir.
BMT-nin məlumatına görə, dünyada təxminən 700 milyon insan həddindən artıq yoxsulluq içindədir, onların üçdə ikisi isə Saharaaltı Afrikada yaşayır.
BMT müxtəlif agentliklər vasitəsilə sosial müdafiə sistemlərini gücləndirməyə və böhrana yönəlmiş humanitar yardımdan uzaqlaşaraq, aşağı gəlirli ölkələrin davamlı, inklüziv və dayanıqlı qida sistemlərini inkişaf etdirdiyi bir modelə keçməyə çalışır. Bu yanaşma icmalara aclığın səviyyəsini azaltmaq, yerli potensialı artırmaq və uzunmüddətli ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün stimul verir.
5. Ticarətin zəncirinin pozulması və bazar dəyişkənliyi
İxrac məhdudiyyətləri, tariflər və qeyri-sabit əmtəə qiymətləri ərzaq bazarlarında sabitliyi poza bilər. Banqladeş, Pakistan və Şri-Lanka ərzaq qiymətlərinin dəyişkənliyi və borc problemləri ilə mübarizə aparır. Bu məsələlər ticarət siyasətinin qeyri-müəyyənliyi, xüsusilə qlobal tariflər və inflyasiya ilə daha da mürəkkəbləşir. Son nəticədə insanların əlverişli qiymətlərlə qidaya çıxışı məhdudlaşır
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025-ci il üçün aclıq xəritəsi tərtib edib. Braziliya və Meksikada ticarət gərginliyi və inflyasiya səbəbindən aşağıya doğru tendensiya davam edir. Bu, istehlak xərclərini zəiflədir və aşağı gəlirli icmalar arasında ərzaq təhlükəsizliyinə zərbə vurur.
Hesabatda qeyd olunur ki, BMT mənfi təsirə məruz qalan ölkələri dəstəkləmək üçün bir sıra üsullarla işləyir. O, qlobal qiymətlərə nəzarəti həyata keçirir, siyasət təlimatları təklif edir, ölkələrə ərzaq, enerji və maliyyənin bir-biri ilə əlaqəli böhranlarını idarə etməkdə köməklik göstərmək üçün beynəlxalq reaksiyaları əlaqələndirir. Bu səylər bazarları sabitləşdirmək və həssas təbəqələri qorumaq məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

