Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyada partiya liderini öldürməklə hədələyən miqrant 5 il müddətinə həbs edilib

Britaniyada partiya liderini öldürməklə hədələyən miqrant 5 il müddətinə həbs edilib

15.10.2025 [15:19]

Kiçik qayıqla Böyük Britaniyaya gələn Əfqanıstan vətəndaşı Fayaz Xan Reform UK partiyasının lideri Naycel Farajı öldürməklə hədələdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 26 yaşlı Fayaz Xan “TikTok”da paylaşdığı videoda silah səsini təqlid edərək Naycel Farajı öldürəcəyini deyib. O, Soutvark Kral Məhkəməsində keçirilən məhkəmə prosesi nəticəsində 5 il həbs cəzasına məhkum edilib.

Məhkəmədə bildirilib ki, F.Xan Böyük Britaniyaya qanunsuz şəkildə daxil olduqdan sonra hökumət orqanlarına saxta ad təqdim edib. O, bundan əvvəl İsveçdə 17 cinayətə görə məhkum olunub, bu cinayətlər arasında bıçaq gəzdirmək və hədələyici davranış da var.

Paylaş:
Baxılıb: 438 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31