Ukrayna Prezidenti: Rusiya dronları və raketlərində ABŞ və Aİ istehsalı olan minlərlə detal var
06.10.2025 [20:55]
Genişmiqyaslı müharibənin dördüncü ilində Rusiya Federasiyası silah istehsalı üçün xarici komponentlər almağa davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, oktyabrın 5-nə keçən gecə Ukraynaya endirilən kütləvi birləşmiş zərbələr zamanı Rusiya tərkibində 102 785 xarici istehsal komponenti olan 549 silahdan istifadə edib. Bunlara ABŞ, Çin, Tayvan, Böyük Britaniya, Almaniya, İsveçrə, Yaponiya, Koreya Respublikası və Niderland şirkətlərinin detalları daxildir.
Zelenski qeyd edib ki, atılan hücum dronlarında təxminən 100 688, “İskander” raketlərində 1500-ə yaxın, “Kinjal”da 192, “Kalibr”də təqribən 405 xarici komponent var.
“ABŞ-da şirkətlər X-101 raketləri və “Shahed/Geran” dronları üçün konvertorlar, bu PUA-lar və “Kinjal” raketləri üçün matrislər, pilotsuz uçuş aparatları və raketlərin analoqdan rəqəmə çevirici hissələri, eləcə də raketlər üçün mikroelektronika istehsal edir”, -deyə Ukrayna lideri bildirib. O əlavə edib ki, hər bir “Şahed” dronunda olan mikroelektronika vahidinin azı 50-si Çin və Tayvanda istehsal olunur.
Ukrayna Prezidentinin sözlərinə görə, PUA-lar üçün mikrokontrollerlər İsveçrədə, uçuşu idarə edən mikrokompüterlər Böyük Britaniyada, qanadlı raketlər üçün optoizolyatorlar Yaponiyada, keçid birləşdiriciləri isə Almaniyada istehsal olunur. Bundan əlavə, Rusiya Niderland istehsalı prosessorlardan və Koreya Respublikasında buraxılan “servo” ötürücülərdən və podşipniklərdən istifadə edir.
Zelenski Ukraynanın Rusiyaya və onun müharibəsinə yardım edənlərə qarşı yeni sanksiyalar hazırladığını açıqlayıb və tədarük zəncirlərini məhdudlaşdırmaq üçün tərəfdaşlarına təkliflər çatdırıb.
O qeyd edib: “Bu həftə G7 sanksiyalar koordinatorlarının görüşü keçiriləcək və biz sanksiyaların effektivliyini təmin etmək üçün sistemli həll gözləyirik”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

