Körpələr üçün yeni malyariya dərmanı yaradılıb
21.08.2025 [09:32]
Uqandada hamilə qadın və körpələr arasında yüksək ölüm nisbətinə səbəb olan malyariya ilə mübarizədə yeni addım atılıb. İsveçrənin tənzimləyici qurumu Svissmedic 2-5 kiloqram çəkidəki körpələr üçün nəzərdə tutulmuş “Coartem Baby” adlı yeni antimalyariya dərmanını təsdiqləyib.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Novartis şirkəti tərəfindən istehsal olunan bu preparat suya atıldıqda şərbətə çevrilir və uşaqlar üçün dadlı formada təqdim olunur.
Malyariya hələ də Afrikada ölüm səbəblərinin ön sırasındadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2023-cü ildə dünyada 597 min insan bu xəstəlikdən həyatını itirib, onların 95 faizi Afrikadandır. Ölənlərin əksəriyyəti 5 yaşdan kiçik uşaqlar və hamilə qadınlardır. Yalnız Uqandada ötən il 12,6 milyon yoluxma və 16 min ölüm qeydə alınıb. İndiyədək yeni doğulan körpələrin müalicəsində əsas problem onların güclü dərmanlara dözümsüzlüyü idi. Böyüklər üçün nəzərdə tutulan dərmanların dozası azaldılaraq tətbiq edilirdi ki, bu da riskli hesab olunurdu. “Coartem Baby” isə körpələr üçün xüsusi hazırlanmış ilk rəsmi antimalyariya preparatıdır. Uqanda Səhiyyə Nazirliyi dərmanın ölkə üzrə istifadəsi üçün klinik təlimatların yeniləndiyini və yaxın zamanda dövlət xəstəxanalarında əlçatan olacağını açıqlayıb. Hazırda bəzi özəl apteklərdə portağal və ya manqo tamlı formaları satılır.
Mütəxəssislər yeni dərmanın bir çox körpənin həyatını xilas edəcəyini bildirirlər. Malyariya Konsorsiumu isə bu təsdiqi uşaq ölümlərinin qarşısının alınmasında böyük bir irəliləyiş kimi qiymətləndirib. Preparat yaxın vaxtlarda Burkina-Faso, Kot-d’İvuar, Keniya, Malavi, Mozambik, Nigeriya və Tanzaniyada da istifadəyə veriləcək. Buna baxmayaraq, maliyyələşmə çatışmazlığı Uqandada malyariya ilə mübarizə proqramlarını məhdudlaşdırır. Xarici yardımlar azalsa da hökumət “Coartem Baby”ni uşaqlara pulsuz təqdim etməyi planlaşdırır. Beləliklə, yeni dərman, xüsusilə 5 yaşdan kiçik uşaqlar arasında ölüm hallarının qarşısını almaq üçün mühüm ümid kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

