İran XİN: Uranın zənginləşdirilməsi prosesi müvəqqəti dayandırılıb
22.07.2025 [12:46]
İranın xarici işlər naziri Abbas Araqçi “Fox News” telekanalına müsahibəsində bildirib ki, ölkədə uranın zənginləşdirilməsi prosesi müvəqqəti dayandırılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ tərəfindən nüvə obyektlərinə zərbələr endirilməsindən sonra İranda uranın zənginləşdirilməsi davam etmir, amma Tehran bunu milli qürur məsələsi hesab edərək prosesdən imtina etmək niyyətində deyil.
Abbas Araqçi bildirib: “Hazırda proses dayandırılıb, çünki obyektlərə ciddi ziyan dəyib. Eyni zamanda, biz zənginləşdirmədən imtina etmək fikrində deyilik, çünki bu, alimlərimizin nailiyyətidir, üstəlik milli qürur məsələsidir”. Nazir əlavə edib ki, İranın Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəyən zərərin həcmini və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.
Bundan əvvəl “NBC News” telekanalı təfərrüatları açıqlamadan ABŞ-ın zərbələri nəticəsində İranın yalnız bir nüvə obyektinin zədələndiyini bildirmişdi. Ağ ev bu məlumatı təkzib edib.
CNN telekanalının iyunun 24-də verdiyi məlumata görə, ABŞ kəşfiyyatı hesab edir ki, İrana zərbələr respublikanın nüvə proqramının əsas komponentlərinin məhvinə gətirib çıxarmayıb. Kəşfiyyatın ilkin qiymətləndirməsinə görə, hücum böyük ehtimalla Tehranın nüvə silahı əldə etməsini bir neçə ay gecikdirib. Belə qənaətə ABŞ Müdafiə Kəşfiyyat İdarəsi gəlib. Eyni zamanda, bu qənaətin doğru ola bilməyəcəyi də qeyd olunub.
Hələ iyunun 25-də Prezident Donald Tramp və müdafiə naziri Pit Heqset ABŞ kəşfiyyatının yeni məlumatlarına istinad edərək İranın İsfahan, Natanz və Fordoda iyunun 22-nə keçən gecə vurulmuş nüvə obyektlərinin faktiki olaraq yer üzündən silindiyinə əminlik ifadə ediblər. Bundan əlavə, Ağ ev əmin edib ki, Vaşinqtonda olan məlumata görə, İran bu komplekslərdən nüvə materiallarını əvvəlcədən çıxara bilməyib.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25

