Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Serbiyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Serbiyada əlverişsiz hava şəraiti fəsadlar törədib

09.07.2025 [19:11]

Serbiya ərazisində hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, paytaxt Belqradda güclü külək, leysan yağışı və dolu ilə müşayiət olunan şiddətli fırtına nəticəsində ağaclar, reklam lövhələri yollara aşıb, binaların damı uçub. Bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayanıb, küləyin sürəti saatda 70 kilometrə çatıb.

Fövqəladə Hallar Departamentinin məlumatına görə, paytaxtda fırtına nəticəsində 8 nəfər xəsarət alıb. Əlverişsiz hava şəraiti Nikola Tesla hava limanının fəaliyyətinə də ciddi təsir edib. Müxtəlif bölgələrdə narıncı hava xəbərdarlığı verilib.

Ölkənin bəzi regionlarında isə meşə yanğınları ilə mübarizə davam edir. Topliça rayonunda əksər yanğınlar nəzarət altına alınıb. Həftənin əvvəlindən bəri bölgədə 100-dən çox yanğının qeydə alındığı bildirilib. Serbiyanın Daxili İşlər Nazirliyi yanğınsöndürənlərin 24 saat ərzində 322 müdaxilə etdiyini açıqlayıb.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30