Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İlon Mask Marsa “humanoid” göndəriləcəyi vaxtı açıqlayıb

İlon Mask Marsa “humanoid” göndəriləcəyi vaxtı açıqlayıb

30.05.2025 [19:27]

İlon Maskın “SpaceX” korporasiyası Marsa “Optimus” adlı insanabənzər robotlar göndərməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, İlon Mask bunu “SpaceX” korporasiyasının təqdimat mərasimində deyib.

Milyarder, həmçinin Marsa ilk “Starship” raketlərinin göndəriləcəyi vaxt çərçivəsini açıqlayıb. Korporasiya 2026-cı ildə “Tesla Optimus” robotlarının Marsda kəşfiyyat işlərinə cəlb olunacağı ilk missiya çərçivəsində qırmızı planetdə beş eniş modulunu işə salmaq niyyətindədir.

Maskın sözlərinə görə, hər kosmik gəmidə ekipajı təqlid edəcək bir neçə robot olacaq. 2026-cı ildə ilk “Starship” gəmilərinin fəzaya buraxılması Yerlə Mars arasında məsafənin maksimum azalacağı dövrə təsadüf edəcək. Uçuşun yeddi-doqquz ay davam edəcəyi gözlənilir.

Amerikalı sahibkar Marsda koloniya qurmaq üçün iki ildən bir qırmızı planetə iki minədək kosmik gəmi göndərməyi hədəfləyir.

Paylaş:
Baxılıb: 282 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31