Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyada süni intellektlə təchiz olunmuş “StormShroud” dronları təqdim edilib

Britaniyada süni intellektlə təchiz olunmuş “StormShroud” dronları təqdim edilib

04.05.2025 [19:41]

Böyük Britaniya Müdafiə Nazirliyi Kral Hərbi Hava Qüvvələrinin (RAF) istifadəsinə veriləcək yeni nəsil “StormShroud” adlı süni intellektlə təchiz olunmuş pilotsuz uçuş aparatlarını (PUA) təqdim edib.

AZƏRTAC “The Sun”a istinadla xəbər verir ki, bu dronlar düşmən radar sistemlərini “kor etmək” və RAF qırıcılarını döyüş tapşırıqları zamanı qorumaq məqsədi daşıyır. Müdafiə Nazirliyinin açıqlamasına görə, “StormShroud” dronları yüksək texnologiyalı “BriteStorm” siqnalpozucu sistemlərlə təchiz olunub. Bu sistemlər düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərini sıradan çıxarmaq üçün istifadə ediləcək. 24 ədədlik bu yeni PUA donanması Uelsin qərbində və Sauthempton şəhərində istehsal olunub və döyüş şəraitində, o cümlədən Ukraynada sınaqdan keçirilib.

Bu dronlar hava hücumlarına önçülük etmək, yəni qırıcı təyyarələrdən əvvəl uçmaq və onların təhlükəsiz keçidi üçün HHM sistemlərini neytrallaşdırmaq üçün nəzərdə tutulub.

Nazirlik rəsmisi əlavə edib ki, bu taktika Kral Hərbi Hava Qüvvələrinin “Typhoon” və “F35 Lightning” tipli döyüş təyyarələrinə dəstək verəcək və onların düşmən radarında görünmədən hədəflərə zərbə endirməsinə imkan yaradacaq: “Bu, RAF-ın ilk dəfə olaraq yüksəksəviyyəli elektron müharibə qabiliyyətindən pilotsuz formada istifadə etməsi deməkdir. Bu da ekipajları digər həyati əhəmiyyətli tapşırıqlara yönləndirməyə imkan verir”,- deyə Dauninq Stritdən bildirilib.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30