Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya Dövlət Dumasında miqrantların tibbi arayış olmadan ölkəyə girişinə qadağa qoyulması təklif edilib

Rusiya Dövlət Dumasında miqrantların tibbi arayış olmadan ölkəyə girişinə qadağa qoyulması təklif edilib

02.05.2025 [09:14]

Dövlət Dumasının deputatı Yaroslav Nilov Rusiyaya gələn əcnəbilər üçün məcburi tibbi müayinənin tətbiq olunmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüsə əsasən, miqrantlar sərhədi keçərkən İİV (QİÇS), Hepatit B və C, sifilis və vərəm xəstəliklərinin olmamasını təsdiqləyən son on gündə verilmiş tibbi arayış təqdim etməlidirlər.

Bundan əlavə, xarici vətəndaşların üzərilərində tibbi sığorta daşımaları da məcburi olacaq.

Hazırda miqrantlar ölkəyə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçirlər. Rusiyada 90 gündən artıq qalan əcnəbilər üçün bu müayinə üç ay ərzində aparılır.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30