Fransa: Bir gecədə bir neçə həbsxana koordinasiyalı hücuma məruz qalıb
15.04.2025 [17:53]
Milli Terrorla Mübarizə Prokurorluğu ötən gecə Fransada bir neçə həbsxananı hədəf alan hücumların təhqiqatını öz üzərinə götürüb.
AZƏRTAC xəbər verir ki, ötən gecə Fransada bir neçə həbsxana koordinasiyalı hücumun hədəfi olub. Maşınlar yandırılıb, atəş açılıb.
Daxili işlər naziri Bruno Rötayo həbsxana müəssisələri və onların işçilərinin təhlükəsizliyini gücləndirməyə çağırıb.
Milli Terrorla Mübarizə Prokurorluğu bir neçə həbsxananın avtomobil atəşinə və qraffitilərə məruz qalmasından və Tulondakı həbsxananın 14-dən 15-nə keçən gecə avtomat silahdan atəşə tutulmasından sonra istintaqı öz üzərinə götürdüyünü açıqlayıb.
Bu hərəkətləri hədə-qorxu cəhdləri kimi xarakterizə edən və bunu narkotika ticarətinə qarşı son tədbirlərlə əlaqələndirən ədliyyə naziri J. Darmanen X hesabında yazıb: “Respublika narkotik ticarəti ilə üz-üzədir və cinayət şəbəkələrini kökündən sıradan çıxaracaq tədbirlər görür”.
Bildirilir ki, eyni vaxtda ölkə ərazisində bir neçə həbsxanaya qarşı yönələn bu hücumlar koordinasiyalı olub. Vendin-le-Vieil (Pas-de-Kale) və Conde-sur-Sarthe (Orne) həbsxanaları bir neçə aydan sonra ən təhlükəli sayılan 200 narkotik alverçisini qarşılamağa hazırlaşır.
Tulonda hərbi silahdan açılan atəş “La Farlede” həbsxanasının giriş qapısına dəyib. Aix-en-Provence şəhərindəki “Aix-Luynes” həbsxanasında iki avtomobil yandırılıb və regional təhlükəsizlik qruplarının qapısı hədəfə alınıb.
Villepint istintaq təcridxanasında (Seine-Saint-Denis) və Nanterre istintaq təcridxanasında (Hauts-de-Seine) da avtomobillər yandırılıb.
UFAP-UNSA Ədliyyə assosiasiyasının katibi Vilfrid Fonk bildirib ki, həbsxana rəhbərliyi bu müəssisələrin ətrafında 24 saat təhlükəsizliyi təmin etmək üçün insan resursuna malik deyil.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

