Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Macarıstan iqtisadiyyat və təhlükəsizlik sahələrini İsraillə əməkdaşlığın prioritetləri hesab edir

Macarıstan iqtisadiyyat və təhlükəsizlik sahələrini İsraillə əməkdaşlığın prioritetləri hesab edir

07.04.2025 [23:51]

İsrailin Baş naziri Benyamin Netanyahunun Macarıstana səfərindən sonra və onun növbəti Vaşinqton səfəri ərəfəsində macar siyasətçiləri aparılan danışıqların təəssüratları və görüşlərdə müzakirə olunan əsas mövzular haqqında fikirlərini bölüşməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto yəhudi dövləti ilə ölkəsi arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsinin Budapeştin xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib. Eyni zamanda, macar diplomat təhlükəsizlik məsələlərini də vurğulayıb.

“Müasir dünyada təhlükəsizlik əvəzolunmaz aktivdir. Hazırkı kontekstdə isə bu, kiber sahə, komponentlər baxımından mühüm fiziki və rəqəmsal xüsusiyyətlərə malikdir”, - deyə nazir bildirib.

O, həmçinin Budapeştin Macarıstan-İsrail iqtisadi əməkdaşlığını inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30