Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək
20.03.2025 [16:23]
Britaniya hökuməti şəxsi silah satışlarına nəzarəti sərtləşdirmək üçün mövcud qaydaların gücləndirilməsini araşdırır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvet Kuper məlumat verib.
Məsələ 19 yaşlı gəncin ailəsini qətlə yetirdiyi üçün 49 il həbs cəzasına məhkum edilməsindən sonra gündəliyə çıxarılıb. Nikolas Prosper fevral ayında anasını, qardaşını və bacısını qətlə yetirdiyini etiraf edib və eyni zamanda, lisenziyasız qeyri-qanuni şəkildə ov tüfəngi aldığını da etiraf edib.
“Bu dəhşətli hadisə şəxsi silah satışlarında ciddi və uzunmüddətli boşluqların mövcud olduğunu üzə çıxardı və biz bu nəzarəti necə sərtləşdirə biləcəyimizə təcili baxırıq”, - deyə İvet Kuper məhkəmədən sonra verdiyi açıqlamada bildirib. Lakin nazir hökumətin konkret hansı addımları atacağını açıqlamayıb.
Birləşmiş Krallıqda silah sahibi olmaq hüquq deyil, imtiyaz kimi qəbul edilir. Mövcud qanunlara əsasən, hər hansı bir şəxs silah almaq üçün polis tərəfindən verilmiş xüsusi silah sertifikatına sahib olmalıdır. Bu sertifikatın verilməsi zamanı polis, həmin şəxsin ictimai təhlükəsizlik üçün risk yaradıb-yaratmadığını və silaha sahib olmaq üçün yetərli səbəbinin olub-olmadığını araşdırır.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40

