Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Donald Tramp martın 18-də Vladimir Putinlə danışacaq

Donald Tramp martın 18-də Vladimir Putinlə danışacaq

17.03.2025 [12:01]

ABŞ Prezidenti Donald Tramp martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə təşkil olunan mətbuat konfransında deyib.

Birləşmiş Ştatların dövlət başçısı Rusiya lideri ilə Ukraynanın işğal olunmuş əraziləri məsələsini müzakirə etmək niyyətində olduğunu vurğulayıb. “Düşünürəm ki, biz ərazilər və elektrik stansiyaları haqqında danışacağıq, çünki bu, vacib məsələdir”, - deyə ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna münaqişəsini həll etmək üçün çox yaxşı şans yaranıb.

Paylaş:
Baxılıb: 449 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30