Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ağ Evin qarşısında silahlı şəxs güllələnib

Ağ Evin qarşısında silahlı şəxs güllələnib

09.03.2025 [22:25]

ABŞ Məxfi Xidmətinin əməkdaşları martın 9-da səhər saatlarında Ağ Evin qarşısında silahlı şəxsi güllələyiblər.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Xidmətin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, Prezident Donald Tramp insident zamanı Ağ Evdə olmayıb. Açıqlamada vurğulanıb ki, Məxfi Xidmət İndiana ştatından paytaxt Vaşinqtona gedən silahlı şəxs haqqında məlumat alıb və qurumun əməkdaşları Ağ Evin yaxınlığında təsvirə uyğun bir şəxs gördüklərini təsdiqləyiblər.

"Zabitlər yaxınlaşdıqda şəxs odlu silaha əl atıb və silahlı qarşıdurma baş verib. Nəticədə şəxsi heyət tərəfindən şübhəli şəxsə qarşı atəş açılıb”, - deyə məlumatda bildirilir.

Şübhəli şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti haqqında məlumat verilməyib.

ABŞ Məxfi Xidmətinin əməkdaşlarından xəsarət alan olmayıb.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30