Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Tramp-Putin görüşünə hazırlıq tempi sürətlənib

Media: Tramp-Putin görüşünə hazırlıq tempi sürətlənib

03.03.2025 [14:01]

Amerika lideri Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüşə hazırlıq tempi daha da sürətlənib.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, fevralın 28-də Ağ evdə Donald Trampın Volodimir Zelenski ilə mübahisəsi yaxın həftələrdə ABŞ-Rusiya münasibətlərinin bərpası ilə bağlı danışıqların növbəti raundu üçün əlavə stimul olub.

Qeyd edək ki, fevralın 12-də Donald Trampla Vladimir Putin arasında telefon danışığı olub. Kremlin məlumatına görə, iki ölkənin liderləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.

Fevralın 18-də Rusiya liderinin köməkçisi Yuri Uşakov Tramp-Putin görüşünün konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib.

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30