Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyanın Baş naziri ABŞ, Avropa və müttəfiqlərini təcili sammit keçirməyə çağırıb

İtaliyanın Baş naziri ABŞ, Avropa və müttəfiqlərini təcili sammit keçirməyə çağırıb

02.03.2025 [09:51]

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ, Avropa və müttəfiqlərini təcili zirvə toplantısı təşkil etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Ciorcia Meloni ötən gün Ağ evdə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü və baş verənlərdən sonra zirvə toplantısı keçirməyin vacibliyini qeyd edib.

“Qərbin hər bir parçalanması hamımızı zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin işinə yarayır. Son illərdə birlikdə müdafiə etdiyimiz Ukrayna başda olmaqla, bugünkü böyük çağırışları və gələcəkdə həll yollarını müzakirə etmək üçün ABŞ, Avropa dövlətləri və müttəfiqləri arasında təcili zirvə toplantısı təşkil etmək lazımdır”, - deyə Baş nazir qeyd edib.

Ciorcia Meloni ölkəsinin bu təklifi tərəfdaşları ilə müzakirə edəcəyini bildirib.

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30