Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Microsoft” şirkəti “Skype”ın fəaliyyətini dayandıracağını elan edib

“Microsoft” şirkəti “Skype”ın fəaliyyətini dayandıracağını elan edib

01.03.2025 [14:52]

“Microsoft” 2025-ci ilin may ayında “Skype” xidmətini dayandıracağını və istifadəçiləri “Microsoft Teams” platformasına keçməyə təşviq edəcəyini açıqlayıb.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, “Skype” istifadəçiləri mövcud hesab məlumatları ilə “Teams”ə daxil olaraq, söhbət və əlaqələrini avtomatik olaraq köçürə biləcəklər. Bu addım, “Microsoft”un kommunikasiya xidmətlərini sadələşdirərək, “Teams” platformasına daha çox diqqət yetirməsinə imkan verəcək.

“Skype” ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alınıb. Son illərdə “Zoom” və “Slack” kimi rəqiblərlə rəqabət aparmaqda çətinlik çəkən “Skype”, xüsusilə pandemiya dövründə “Teams”in populyarlığının artması ilə kölgədə qalıb.

“Microsoft”un məlumatına görə, Teams hazırda aylıq 320 milyon aktiv istifadəçiyə malikdir.

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31