Cəbhədə və masada...
21.02.2025 [09:38]
Rusiyanın üstünlüyü artır
Putin Ukraynanın danışıqlar prosesində iştirakının tərəfdarıdır
ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılması üçün atdığı ilk addım Rusiya və Ukraynanın dövlət başçıları ilə telefon danışığı oldu. Ardınca isə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ-Rusiya nümayəndə heyətlərinin görüşü keçirildi. Moskvanı danışıqlarda xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Vaşinqtonu isə milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts, Dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil ediblər.
Putin Ər-Riyad danışıqlarının nəticəsini yüksək qiymətləndirib
Yeri gəlmişkən, Rusiya Prezidenti Putin Ər-Riyadda keçirilmiş danışıqların nəticəsini yüksək qiymətləndirib. O, jurnalistlərlə söhbəti zamanı Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında etimad səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb. SHS-3 müqaviləsi ilə bağlı suala cavab verən Vladimir Putin bildirib ki, Rusiya və ABŞ bu müqavilənin müddətinin başa çatması ilə əlaqədar məsələləri həll etməlidir. Rusiya Prezidenti amerikalı həmkarı Trampla görüşə hazır olduğunu da bəyan edib. Qeyd edib ki, bu görüş diqqətlə hazırlanmalıdır. Belə ki, Ukrayna münaqişəsinin nizamlanması da daxil olmaqla, bəzi vacib məsələlər üzərində işləmək lazımdır.
V.Putin onu da bildirib ki, Rusiya və ABŞ Yaxın Şərq, o cümlədən Suriya və Fələstin məsələləri üzrə əməkdaşlığa doğru ilkin addımları atıb. Tərəflər razılaşıblar ki, Ukrayna üzrə danışıqların uğurlu keçməsi üçün təkcə görüş keçirmək kifayət deyil, vacib məsələlərin həllinə də nail olmaq lazımdır. Diqqət çəkən məqamlardan biri də odur ki, Putin danışıqlar prosesinin həm Rusiyanın, həm də Ukraynanın iştirakı ilə baş tutacağını deyib. Putin əlavə edib ki, Rusiya Ukrayna üzrə danışıqlar masasına oturmağa hazırdır, lakin orada həm Moskva, həm də Kiyev iştirak etməlidir. Onun sözlərinə görə, heç kim Ukraynanı bu prosesdən kənarda qoymur. Putin ABŞ prezidenti Donald Trampın telefon danışığı zamanı bunları söylədiyini bildirib. Qeyd edib ki, danışıqlar Moskva və Kiyevin iştirakı ilə baş tutacaq və heç kim Ukraynanı bu prosesdən kənar qoymur: “Mən bunu təsdiqləyə bilərəm”.
Ukrayna nə qədər müqavimət göstərə biləcək?
Halbuki, rəsmi Kiyev Tramp administrasiyasını Ukraynanın iştirakı olmadan danışıqlara çalışmaqda ittiham edirdi. Məsələ ondadır ki, son günlər Kiyevin müqaviməti fonunda ABŞ rəsmiləri Zelenskini tənqid hədəfinə çeviriblər. Tramp Ukraynada yeni prezident seçkilərinin keçirilməli olduğunu deyib, hətta Zelenskini “diktator” adlandırmaqdan çəkinməyib. Digər tərəfdən, Putin danışıqlar prosesində Ukraynanın iştirak edəcəyini desə də, Zelenski və onun komandasının adını çəkməyib. Çünki rəsmi Moskva Zelenski iqtidarını legitim hesab etmir. Bu baxımdan, Rusiya ümid edir ki, Tramp administrasiyasının təzyiqi ilə Ukrayna prezident seçkilərinə gedə və bu seçkilər nəticəsində Zelenski postu ilə vidalaşa bilər. Lakin Ukraynanın indiki hakimiyyəti hələ bu varianta müqavimət göstərir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da öz “X” hesabında yazıb ki, “heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz, biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik”. Yeri gəlmişkən, fevralın 19-da ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfəri zamanı rəsmi Vaşinqtonun Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verməsi haqda heç nə deməyib. “Biz qulaq asacağıq. Təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu başa düşürük. Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra ABŞ-a qayıdacağam və hər şeyi düzgün qiymətləndirmək məqsədilə Prezident Trampla danışacağam”,-deyə o vurğulayıb.
Kiyev ümidini Avropa ölkələrinə bağlasa da...
Digər tərəfdən, gözlənilən danışıqlar prosesi ərəfəsində Rusiya cəbhədə mövqelərini gücləndirir. Belə ki, fevralın 19-da V.Putin Rusiya ordusunun Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olduğunu bəyan edib. O, Rusiya ordusunun bütün cəbhə boyu hücum etdiyini də bildirib. Belə bir şəraitdə Ukrayna qarşıdakı dövr üçün çox çətin sınaqla üz-üzə qalmış olur. Kiyevin ümidi Avropa ölkələrindən əlavə dəstək almaq olsa da, Avropa İttifaqı məkanında bu məsələdə ciddi fikir ayrılıqları mövcuddur.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29

