Sorğu: Ukraynalıların yarıdan çoxu Zelenskiyə etimad göstərir
19.02.2025 [19:30]
Ukraynalıların yarıdan çoxu Volodimir Zelenskiyə etimad göstərir. Halbuki, Donald Trampın fikrincə, son aylarda Ukrayna Prezidentinin reytinqi aşağı düşüb.
AZƏRTAC bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğunun məlumatlarına istinadla xəbər verir.
2025-ci ilin fevral ayının birinci yarısına olan məlumata görə, ukraynalıların 57 faizi Zelenskiyə inanır, əhalinin 37 faizi isə ona etibar etmir. Güvən və etibarsızlıq nisbəti müsbət 20 faizdir.
2024-cü ilin dekabrında respondentlərin 52 faizi ona güvəndiyi, 39 faiz isə etibar etmədiyi bildirmişdi və inam-etimadsızlıq balansının müsbət 13 faiz olduğu 2024-cü ilin dekabrında keçirilən son sorğudan sonra etimad rəqəmləri bir qədər yaxşılaşıb.
KIIS-in direktor müavini Anton Qruşetskinin qeyd etdiyi kimi, Prezident Zelenskiyə “cəmiyyətdə kifayət qədər yüksək səviyyədə etimad göstərilir və üstəlik, o, legitimliyini qoruyur”. Onun fikrincə, demokratik cəmiyyət üçün indiki etimadın olması çox yaxşı nəticədir.
Qruşetski əlavə edib: “Əgər ayrı-ayrı beynəlxalq tərəfdaşlar və müttəfiqlər mümkün sülh danışıqları kontekstində Prezidentin legitimliyindən narahatdırlarsa və seçkilərdə israr etməyi məqsədəuyğun hesab edirlərsə, Ukrayna vətəndaşlarının öz nöqteyi-nəzərindən bununla bağlı heç bir problem yoxdur. İndiki Prezident və hökumət çətin danışıqlar aparmaq üçün tamamilə legitimdir və seçkilər Ukrayna müharibəsi bitdikdən, ən azı ölkənin etibarlı təhlükəsizlik zəmanəti almasından sonra keçirilməlidir”.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) 4-9 fevral 2025-ci il tarixlərində 1000 respondent arasında sorğu keçirib. Anketlərə Ukrayna hakimiyyəti tərəfindən müvəqqəti nəzarət olunmayan ərazilərin sakinləri daxil edilməyib (eyni zamanda, respondentlərin bəziləri işğal olunmuş ərazilərdən köçmüş məcburi köçkünlərdir). Bununla yanaşı, 24 fevral 2022-ci il tarixindən sonra xaricə səfər etmiş vətəndaşlarla da sorğu keçirilməyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin reytinqinin cəmi 4 faiz olduğunu bildirmişdi. O demişdi: “İndi Ukraynada elə bir vəziyyət yaranıb ki, orada uzun müddətdir seçkilər olmayıb. Orada hərbi vəziyyət elan edilib. Etiraf etmək mənim üçün nə qədər kədərli olsa da, hazırda Ukrayna liderinin dəstəyi 4 faizdir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35

