ABŞ Ukraynaya nüvə silahı verəcək?
19.02.2025 [09:14]
Pentaqon rəhbərindən “siyasi gediş”
ABŞ-ın müdafiə naziri - Pentaqonun rəhbəri Pit Heqset Ukrayna ilə bağlı maraqlı açıqlamalar verib. O, “Breitbart News”-a müsahibəsində Ukraynaya nüvə silahının verilməsi ehtimalını inkar etməyib. Heqset vurğulayıb ki, bu barədə qərarın verilməsi ABŞ Prezidenti Donald Trampın iqtidarındadır. Pentaqon rəhbəri Ukraynanın NATO-ya üzvlüyünün qeyri-mümkün olduğunu da bildirib: “Mən sadəcə, hazırkı reallığı dilə gətirdim - mövcud şərtləri nəzərə aldıqda, Ukraynanın NATO-ya üzvlüyü az ehtimaldır. Lakin heç kim 25 il və ya daha uzun müddət üçün dəqiq proqnoz verə bilməz,” - deyə o, bildirib.
Ukraynaya sülhməramlıların göndərilib-göndərilməməsi məsələsinə gəlincə, Heqset belə bir qərarın veriləcəyi təqdirdə NATO-nun bu məsələyə müdaxilə etməməsinin zəruriliyini vurğulayıb: “Ukraynadakı sülhməramlılar NATO-nun himayəsi xaricində olmalı və 5-ci maddəyə daxil edilməməlidir. Orada olan sülhməramlılar əsla 5-ci maddənin istifadəsi üçün əsas olmamalıdır”. Ardınca o, əlavə edib ki, bu missiyanı yalnız Avropa üzərinə götürməlidir: “Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərməyəcək və sülhməramlı missiyanın parçası olmayacaq. Bu missiyanı Avropa həyata keçirməlidir”.
Müharibədən sonra - gələcəkdə Kiyevin güclü təhlükəsizlik təminatlarına ehtiyacı olduğunu deyən Heqset qeyd edib ki, NATO bu istiqamətdə lazımi addımlar atmalıdır: “Üçüncü Minsk razılaşmasına ehtiyac yoxdur. NATO diplomatiya klubu olmaqdan çıxıb daha güclü, daha dayanıqlı təşkilat olmalıdır. Eyni zamanda, bunun üçün Avropa hərbi xərcləri daha da artırmalıdır”.
Artıq bəzi ekspertlər Pit Heqsetin Ukraynaya nüvə silahının verilməsi ehtimalı ilə bağlı səsləndirdiyi fikirləri şərh etməyə başlayıblar - onlar hesab edirlər ki, bu, Moskvanı tez bir zamanda danışıqlar masası arxasına otuzdurmaq üçün Kremlə ciddi bir mesajdır. - yəni Vaşinqton istəsə, belə bir addım ata bilər.
Tramp qısa müddətdə atəşkəsə nail olmaq istəyir
Məsələ ilə bağlı siyasi şərhçi Elşən Mustafayev “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, hər iki tərəf arasında atəşkəs sazişi imzalana bilər, amma danışıqlar uzun müddət davam edəcək. “Hazırda gedən danışıqlar yalnız bu istiqamətdədir. Atəşkəs isə hələ torpaqların geri qaytarılması, sülh müqaviləsinin bağlanması və s. demək deyil. Hazırda atəşkəslə bağlı danışıqlar çox çətin gedir, buna görə də sonrakı mərhələnin daha ağır olacağını hesab edirəm. Əgər atəşkəs razılaşması əldə olunarsa, böyük ehtimalla, hazırda orduların olduğu yerdə qalacağı şübhəsizdir. Sonra yaradılacaq hər hansı format çərçivəsində sülh danışıqları aparılacaq. Bu danışıqlar qısa müddət sonra dayandırılıb müharibə fazasına da qayıda bilər. Yəni uzun illərlə müzakirəsi davam edən münaqişəyə çevriləcək”.
ABŞ nüvə riskinə getməyəcək
Politoloq bildirib ki, ABŞ Ukraynanı Rusiyaya qurban verməyəcək, amma onu da vurğulayıb ki, istənilən halda Ukraynanı nüvə silahı ilə təmin etmək ideyasını yaxına buraxmayacaq: “Bu, Rusiyanı açıq şəkildə nüvə müharibəsinə cəlb etmək anlamına gələ bilər. Rusiya hərbi sənaye kompleksi nə qədər böhran keçirsə də, döyüşən əsgər cəhətdən səfərbərlik məsələsində problem yaşasa da, iqtisadi çöküşü sürətlə davam etsə də, nüvə potensilı ilə bağlı problemi yoxdur. Münaqişə nüvə silahı mərhələsinə keçərsə, qlobal dünya üçün çox ağır fəsadlara səbəb olacaq. Bu da Qərbi çox narahat edir. Bu səbəbdən hesab edirəm ki, Ukraynaya nüvə silahının verilə biləcəyi ilə bağlı ehtimalların əsası yoxdur. Onu da qeyd edim ki, ABŞ-ın Rusiyanı zəiflədib istədiyini əldə etmək üçün apardığı hazırkı siyasət kursu daha məqsədəuyğun hesab olunur”.
Ukraynanın təhlükəsizliyi nə yerdə qalacaq?
E.Mustafayevin sözlərinə görə, Vaşinqton Ukraynanın təhlükəsizliyinə təminat verməyə çalışacaq: “ Əgər münaqişə dondurularsa, yaxud gələcəkdə həll olunarsa, Ukraynanın təhlükəsizlik məsələsi mütləq ön plana çıxacaq. Elə bir yol müəyyən ediləcək ki, gələcəkdə Rusiyanın hər hansı təhdidi havada qalsın”. Politoloq, həmçinin vurğulayıb ki, Qərb vaxtilə bu məsələdə ciddi səhvlərə yolverib: “1994-cü ildə SSRİ vaxtından Ukraynada qalmış nüvə silahlarının taleyi müzakirə olunarkən, Qərb və ABŞ həmin silahların Rusiyaya verilməsini təklif etmişdilər və əvəzində Ukraynaya təhlükəsizlik təminatı verəcəyini söz vermişdilər. Amma o zamankı prezident Boris Yeltsini özlərinə loyal hesab etdiklərindən və Rusiyanın Qərbə inteqrasiya istiqamətində ciddi addımlar atacağını düşündüklərdindən ciddi səhvə yol verdilər - Ukraynaya lazımi qaydada təhlükəsizlik zəmanəti vermədilər. Hazırda baş verən hadisələrdən sonra hər hansı addım atmaq gecdir. Əgər həmin vaxt nüvə başlıqları Ukraynada qalsa idi, bu gün regionda heç bir gərginlik olmayacaqdı”.
Ukraynaya sülhməramlı kontingent göndəriləcək?
“Təbbi ki, atəşkəslə bağlı danışıqlarda sülhməramlı məsələsi müzakirə olunacaq. Amma hesab etmirəm ki, Rusiya buna razı olacaq. Çünki belə bir halda Aİ və ABŞ əsgərlərinin bu missiyanı həyata keçirməsi təklif olunacaq, bu isə Rusiya üçün qəbuledilməzdir” - deyə qeyd edən E.Mustafayev Moskvanın yalnız bu halda sülhməramlı missiyaya razı ola biləcəyini vurğulayıb: “Kreml NATO üzvü olmayan ölkələrin əsgərlərinin BMT çətiri altında bu missiyanı həyata keçirməyə razılıq verə bilər. Amma böyük ehtimalla, Moskva təmas xəttində sülhməramlıların yerləşdirilməsinə razı olmayacaq. Çünki Kremldəkilər 1000 kilometdən artıq cəbhə xətti boyunca on minlərlə başqa ölkənin əsgərinin yerləşdirilməsini Rusiyaya qarşı təhlükə perspektivi kimi görürlər. Ola bilsin ki, atəşkəsə nəzarət edən monitorinq qrupunun yaradılmasına razılıq versinlər. Lakin bütün bunlar danışıqlar prosesində masaya qoyulacaq şərtlər və təkliflərdən asılı olacaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

