Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ nümayəndə heyəti Ukrayna barədə sualları cavablandırmayıb

ABŞ nümayəndə heyəti Ukrayna barədə sualları cavablandırmayıb

18.02.2025 [22:38]

ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlardan əvvəl Ukraynanın görüşdə iştirak etməməsi ilə bağlı sualları cavablandırmayıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların nümayəndə heyəti Vaşinqtonun Moskvanı hansı güzəştlərə sövq edə biləcəyi ilə bağlı suallara da cavab verməkdən yayınıb.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb. Moskvanı danışıqlarda xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Vaşinqtonu isə milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts, Dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edirlər.

Görüşdə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamaq məsələsinin də müzakirə olunacağı gözlənilir.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30