Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqı Ukraynaya dəstək üçün yeni fond yaratmaq istəyir

Avropa İttifaqı Ukraynaya dəstək üçün yeni fond yaratmaq istəyir

18.02.2025 [12:39]

Avropa İttifaqı yeni fond yaratmaqla Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinə növbəti cəhd edir.

AZƏRTAC Polşanın “Money.pl” nəşrinə istinadla xəbər verir ki, yeni təşəbbüslə bağlı müzakirələr bu gün Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə başlayacaq. Sənəddə vurğulanır ki, “əsas məqsəd Ukraynanın ən aktual müdafiə ehtiyaclarını ödəməkdir”.

Prioritet ehtiyaclara iriçaplı artilleriya sursatları, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlər, Ukrayna Silahlı Qüvvələri briqadalarının bərpası və Ukraynanın müdafiə sənayesi sektorunun gücləndirilməsi üçün birgə səylər daxildir.

Fondun iki mənbədən - üzv dövlətlərin milli gəlirlərinə mütənasib olaraq könüllü üzvlük haqları və bu il 900 milyon avroyadək olan dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına maliyyələşəcəyi gözlənilir.

Nəşr qeyd edir ki, indiki mərhələdə sənəddə konkret məbləğ nəzərdə tutulmayıb.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30