Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aleksandar Vuçiç: Serbiya hökuməti yenidən formalaşdırılacaq

Aleksandar Vuçiç: Serbiya hökuməti yenidən formalaşdırılacaq

28.01.2025 [14:09]

Serbiya hökuməti təcili və kütləvi şəkildə yenidən formalaşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində deyib.

Aleksandar Vuçiç nazirlərin 50 faizdən çoxunun vəzifəsindən istefa verməsini gözlədiyini bildirib. O qeyd edib ki, ölkəsi çətin siyasi dönəmdən keçir, bu dövrdə kimin döyüşməyə və işləməyə hazır olduğu, kimin hazır olmadığı və qaçıb gizləndiyi bəlli oldu. Dövlət başçısı bildirib ki, hökumətin həyatın təşkili və həyat səviyyəsinin yaxşılaşdırılmasından daha vacib vəzifəsi yoxdur.

“Faciələr hər bir dövlətin qarşısını almağa çalışdığı məsələdir. Qabaqlayıcı tədbirlər görülür, faciə baş verəndə isə bundan ibrət dərsi almağa çalışılır, cinayət törədənlər məsuliyyətə cəlb edilərək layiqincə cəzalandırılır. Novı Sad şəhərinin dəmiryolu vağzalındakı qəza ilə bağlı hökumətin saytında indiyədək 925 sənəd dərc olunub”, - deyə Serbiya Prezidenti bildirib.

Qeyd edək ki, keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəzaya görə ötən gün yüzlərlə tələbələr paytaxt Belqradda etiraz aksiyası keçirib.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30