/ / Əlcəzair Ərəb Dövlətləri Liqası ilə BMT arasında strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib
Əlcəzair Ərəb Dövlətləri Liqası ilə BMT arasında strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib
24.01.2025 [17:19]
Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ərəb dünyasında sülh və təhlükəsizliyi gücləndirmək üçün Ərəb Dövlətləri Liqası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında strateji tərəfdaşlıq əlaqələri qurmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, iki təşkilat arasında əməkdaşlığa həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasına sədrliyi zamanı Attaf regional sabitliyin əsaslarını dəstəkləmək üçün məqsədli və səmərəli tərəfdaşlığın zəruriliyini vurğulayıb. O, Fələstin probleminin ədalətli və yekun həlli, ərəb ölkələrinin işlərinə kənar müdaxilələrin dayandırılması və ərəb dünyasını sarsıdan böhranların həllinə yönəlmiş siyasi proseslərin canlandırılması da daxil olmaqla, bir sıra əməkdaşlıq sahələrini müzakirə edib.
Nazir, həmçinin Livanın bir neçə ildir yaşadığı daxili iğtişaşların aradan qaldırılmasına kömək məqsədilə bu ölkəyə dəstəyin iki təşkilat arasındakı əməkdaşlığın mərkəzində olmasının vacibliyini qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Əlcəzairin xarici işlər naziri Suriyadakı vəziyyətə toxunaraq, BMT və Ərəb Liqasının sülh və sabitlik axtarışında olan bu qardaş ölkəyə dəstək verməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Suriyanın suverenliyinin bərpası, ölkənin ərazi bütövlüyünün qorunması və vətəndaşların ümumi milli layihə ətrafında birləşməsi vacibdir.
Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt Əlcəzairin bu təşəbbüsünü alqışlayıb və təhlükəsizlik çərçivəsində ərəb ölkələrinin məsələlərinin müdafiəsində onun rolunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

