Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib

Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib

22.01.2025 [17:05]

Qəzza zolağında Misirlə sərhəddə yeganə sərhəd-keçid məntəqəsi olan Rəfahı Fələstin tərəfi idarə edəcək.

"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti anonim mənbəyə istinadən məlumat  yayıb.

Tərəflər Fələstin administrasiyasının Rəfah sərhəd-keçid məntəqəsini "beynəlxalq müşahidə və BMT-nin monitorinqi altında" idarə etməsi ilə bağlı razılığa gəliblər.

Mənbə  bildirib ki, əsas sərhəd-keçid məntəqəsinin açılacağı tarix hələ təyin edilməyib.

Qeyd olunur  ki, qərar İsrailin "Şin Bet", "Mossad" xüsusi xidmət orqanlarının və Misir kəşfiyyatının rəhbərlərinin Qahirədəki görüşündə qəbul edilib.

"İsrail dəhlizdən qoşunların qismən çıxarılmasını təklif edib, bununla razılaşmayan Misir isə qoşunların tam çıxarılmasında və müharibədən əvvəlki vəziyyətə qayıtmaqda israrlıdır", - mənbə nəşrə bildirib.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30