Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Koreyada çoxsaylı ölümlə nəticələnən qəzanın baş verdiyi aeroport yoxlanılır

Cənubi Koreyada çoxsaylı ölümlə nəticələnən qəzanın baş verdiyi aeroport yoxlanılır

01.01.2025 [16:15]

Koreya Respublikasının hökumət qurumları sonuncu aviasiya qəzasından sonra Muan aeroportundakı beton səddi yoxlamağa qərar verib.

AZƏRTAC xəbər verir ki, ekspertlər bu səddin beynəlxalq aviasiya normalarına zidd olduğunu iddia edirlər. Onlar sonuncu faciəyə də məhz bu səddin səbəb olduğunu bildirirlər. Belə ki, nasaz təyyarə uçuş zolağına endikdən sonra sürünərək beton maneəyə çırpılıb və alışıb.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30