Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / 2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

30.12.2024 [16:18]

2024-cü ildə Türkiyədə baş verən yol nəqliyyat hadisələrinin 53 faizinə motosiklet sürücüləri səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Məlumata əsasən, il ərzində Türkiyənin motosikletlərdən daha çox istifadə edilən şəhərlərində bu nəqliyyat vasitəsinin sürücüləri barədə ümumilikdə 2,9 milyona yaxın inzibati xəta protokolu tərtib edilib.

Nazir bununla bağlı etdiyi paylaşımda motosiklet sürücülərinə səslənərək “Səfərlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil” - sözlərinə yer verib.

Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində Türkiyədə motosikletlərin səbəb olduğu qəzalarda 75 minə yaxın insan ölüb və ya xəsarət alıb.

Mütəxəssislər ölkədə motosikletlərin sayının sürətlə artmasına diqqət yönəldirlər.

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30