Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda Müstəqillik günü qeyd olunur

Qazaxıstanda Müstəqillik günü qeyd olunur

16.12.2024 [16:44]

Dekabrın 16-da Qazaxıstan Müstəqillik Gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, 1991-ci ilin bu günündə Qazaxıstan Ali Soveti respublikanın müstəqilliyi və dövlət suverenliyi haqqında tarixi qanun qəbul edib.

Qazaxıstan tezliklə beynəlxalq səviyyədə tanındı. Müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Bundan sonra ABŞ, Çin, Böyük Britaniya, Monqolustan və digər dövlətlər də bu sıraya qoşuldu.

Müstəqilliyin elan edilməsi Qazaxıstanın müasir tarixinin başlanğıc nöqtəsi oldu, dövlətin müstəqil inkişafına yol açdı.

Müstəqillik günü ölkədə dövlət bayramı və istirahət günüdür. Bütün Qazaxıstanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər keçirilir.

Bu il Astanada 50-dən çox tədbirdən ibarət genişmiqyaslı bayram proqramı hazırlanıb. Astananın sakinlərini və qonaqlarını sərgilər, konsertlər, rəsm müsabiqələri, idman turnirləri və spartakiadalar gözləyir.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30