Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / KXDR lideri Kim Çen Inın mühafizəsi gücləndirilib

KXDR lideri Kim Çen Inın mühafizəsi gücləndirilib

29.10.2024 [12:19]

Şimali Koreyanın təhlükəsizlik xidmətləri KXDR lideri Kim Çen Inın ictimai fəallığının artması səbəbindən onun mühafizəsini gücləndirib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti məlumat yayıb.

Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsində keçirilən dinləmələrdə Kim Çen Inın ictimai fəallığının ötən illə müqayisədə təxminən 60 faiz artdığı qeyd olunub. Belə ki, 2024-cü ildə KXDR lideri 110 tədbirdə iştirak edib. Bu baxımdan Kim Çen Ina sui-qəsd risklərini nəzərə alan təhlükəsizlik xidmətləri mühafizə tədbirlərini gücləndirib, dronların və rabitə vasitələrinin fəaliyyətinə maneçilik törədən avadanlıqlar quraşdırıb.

Qeyd edək ki, oktyabrın 23-də Şimali Koreya lideri strateji raketlərin yerləşdiyi bazalara baxış keçirib.

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31