ICESCO terrorizmlə mübarizə üzrə növbəti təlim proqramına yekun vurub
26.10.2024 [17:18]
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik terrorizmin və zorakı ekstremizmin qlobal sülh və təhlükəsizliyə ən təhlükəli təhdidlər olduğunu, mədəniyyətlər və dinlər arasında fərq qoymadan bu mənfi halların bütün ölkələrə və icmalara təsir etdiyini vurğulayıb. O qeyd edib ki, terrorizmlə effektiv mübarizə üzrə əməkdaşlıq qlobal öhdəlik, strateji bilik mübadiləsi və davamlı inkişaf edən təhdidlərə uyğunlaşan xüsusi bacarıqların inkişafını tələb edir.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Baş direktor bu fikirləri oktyabrın 25-də keçirilən Terrorizmlə Mübarizə Araşdırmaları üzrə İxtisaslaşdırılmış Təlim Proqramının (STOCTI) növbəti buraxılış mərasimində çıxışı zamanı ifadə edib. Tədbir ICESCO-nun Rabatdakı mənzil-qərargahında keçirilib və Birləşmiş Millətlər Təşkilatının Afrikada Terrorla Mübarizə və Təlim İdarəsi tərəfindən təşkil olunub. Mərasimdə BMT-nin rəsmiləri, səfirlər və bu sahə üzrə ixtisaslaşmış ekspertlər iştirak ediblər. Təlimi uğurla başa vuran yeddi Afrika ölkəsindən olan 22 stajora məzuniyyət sertifikatları təqdim edilib.
Təşkilatın Baş direktoru, həmçinin ICESCO-nun ilin noyabrında təşkil etdiyi təlimlərin üçüncü buraxılışında irəli sürülən müxtəlif təşəbbüslər, proqramlar və fəaliyyətlər vasitəsilə zorakı ekstremizmə qarşı illər ərzində göstərilən səylərdən də bəhs edib. O bildirib ki, terrorizm və ekstremizmlə mübarizə sahəsində yeni nəşrlər çap olunub. Əl-Malimin sözlərinə görə, əsas məqsəd ekstremist ritorikanı əsaslandıran ideoloji çərçivəni dağıtmaq, mötədillik və tolerantlıq dəyərlərini təşviq etmək və ekstremizmə qarşı cəmiyyətin dayanıqlığını gücləndirməkdir.
Baş direktor daha sonra ICESCO-nun mədəniyyətlərarası dialoqun təşviqində gördüyü işləri diqqətə çatdırıb, həmçinin təhsil, dini və intellektual qurumların gələcəyə hesablanmış elmi yanaşmaya əsaslanan etik dəyərlər sisteminin yaradılmasında oynadığı mühüm rolu vurğulayıb. Bundan başqa, o xəbərdarlıq edib ki, ekstremist qruplar tərəfindən kommunikasiya texnologiyalarından, xüsusən də süni intellekt proqramlarından istifadənin artması gələcəkdə bu cinayətkar dairələrin uşaqları öz əməllərinə cəlb etməsinə şərait yaradır.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

