Qaraciyər toxumasını inkişaf etdirən qurğu hazırlanıb
19.10.2024 [14:38]
ABŞ alimləri çəkisizlik şəraitində tam avtomatlaşdırılmış rejimdə qaraciyər toxumasını və digər mürəkkəb orqanları inkişaf etdirməyə imkan verən qurğu hazırlayıblar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bioreaktor 2025-ci ilin fevralında Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriləcək. San-Fransiskodakı Kaliforniya Universitetinin professoru Tammi Çanq bu kəşflə bağlı deyib: “Əvvəlki təcrübələrimiz göstərir ki, mikroqravitasiya Yer kürəsində tamhüquqlu qaraciyər toxumasının böyüməsinə mane olan məhdudiyyətləri və maneələri aşmağa imkan verir. Bu bioreaktorun yaradılması transplantasiya edilmiş qaraciyərə alternativ ola biləcək həyat qabiliyyətli bioimplantların əldə edilməsi istiqamətində mühüm addımdır”.
Alimlər uzun illərdir ki, yenidən proqramlaşdırılmış kök hüceyrələrdən bədən toxumalarının formalaşması ilə bağlı prosesləri tədqiq edirlər. Yer üzündə oxşar reaksiyaların baş verməsi üçün kök hüceyrələri bu orqanların miqrasiyasına kömək edən mürəkkəb yaşayış yerləri və zülal karkaslarına yerləşdirmək lazımdır. Son təcrübələr göstərir ki, çəkisizlik şəraitində belə toxumaların böyüməsi avtomatik baş verir ki, bu da orqanların bərpası prosesini xeyli asanlaşdırır. Bu mülahizələri rəhbər tutan alimlər kök hüceyrələrin artmasını dəstəkləyən və qaraciyər toxumasının, habelə bədənin digər orqanlarının böyüməsini stimullaşdıran tam avtomatlaşdırılmış bioreaktor hazırlayıblar. Onlar bu məqsədlə qurğuda insan qan damarlarının analoqları dəstini yaradıblar, həmçinin orqan toxumasının böyüməsi üçün əlverişli olan qida mühitini qoruyan bir sıra alqoritmlər kəşf ediblər.
2025-ci ilin əvvəlində dörd bioreaktordan ibarət komplekt BKS-ə göndəriləcək. Orada bu cihazların içərisində qanı toksinlərdən təmizləməyə və digər fizioloji funksiyaları yerinə yetirməyə qadir olan qaraciyərin miniatür versiyaları yetişdiriləcək. Əgər bu təcrübə uğurla başa çatarsa, alimlər süni qaraciyərin sonradan xəstələrin orqanizminə implantasiyası üçün Yerə çatdırılmasına imkan verən sistemlər, o cümlədən ixtisaslaşmış soyuducular hazırlamağa başlayacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12

