Yelisey Sarayı geri çəkildi...
19.10.2024 [11:14]
Yelisey Sarayı geri çəkilmək məcburiyyətində qaldı. Söhbət Fransada həbs edilən Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın azadlığa buraxılmasından gedir. Xatırladaq ki, K.Seba oktyabrın 15-də Fransa xüsusi xidmət orqanları tərəfindən Parisdə həbsə alınmışdı. O, xarici ölkələrlə əməkdaşlıqda ittiham edilib. K.Sebanı bu ittihamla 30 ilədək həbs gözləyirdi. Lakin məhkəmədə bununla bağlı hər hansı fakt sübuta yetirilməyib və o, sərbəst buraxılıb.
Fransanın sərhəd tanımayan müstəmləkəçilik siyasəti
Qul ticarəti, yerli xalqların assimilyasiyaya məruz qalmaları, milli dillərin, adət-ənənələrin sıxışdırılması, əmək hüquqlarının tapdanması, sərvətlərin talanması, icmaların iqtisadi asılılıqda saxlanılması, vaxtaşırı təkrarlanan soyqırımları və digər belə eybəcərliklər Fransanın Afrikada və dənizaşırı ərazilərdə apardığı müstəmləkəçilik siyasətinin gerçək mahiyyətindən xəbər verir. Son olaraq Yeni Kaledoniyada, Martinikada və digər ünvanlarda rəsmi Parisə qarşı kəskin etirazların başlaması məhz bu kimi eybəcərliklərdən qaynaqlanır.
Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrika ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Fransa həmin ölkələrə yaxşı heç nə gətirməyib, əvəzində müstəmləkələrində utancverici izlər qoyub, burada hərbi cinayətlər törədib, yüz minlərlə insanın ölümünə rəvac verib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.
Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri
K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.
Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib. Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib. K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var. O, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.
K.Seba özünün geniş auditoriyasından istifadə etməklə Fransanın müstəmləkəçilk siyasətini, Yelisey Sarayının Afrikada, dənizaşırı ərazilərdə törətdiyi insanlıq əleyhinə cinayələri ifşa edir. Apardığı mübarizə ilə Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən birinə çevrilən K.Seba Azərbaycanda da səfərdə olub. O, oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib. Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger və Mayot adasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən K. Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə yeridildiyini bildirib. Onun sözlərinə görə, lakin bu dəyərlər bir çox ölkədə müqavimətlə qarşılanır: “Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər. Azərbaycan hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik. Bəzi şəxslər panafrikanizmlə bağlı böyük tədbirin Bakıda keçirilməsini təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə nəzər yetirsək görərik ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli, dekolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasındadır. Azərbaycanın Fransanın insan hüquqları ilə bağlı bəyanatlarından artıq təngə gəldiyini bilirik. Afrikalılara gəldikdə, insan hüquqları fransız oliqarxiyasının yadına düşmür. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibətilə daban-dabana ziddir. Fransa Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada öz müqəddəratını təyinetmə məsələsindən danışmır”, - deyə K.Seba çıxışında vurğulamışdı.
Afrikanın müstəmləkə zülmündən qurtarması uğrunda ardıcıl mübarizə aparan belə bir fəalın Fransanın xüsusi xidmət orqanları tərəfindən həbsə alınması Yelisey Sarayının gerçək simasını ortaya qoyur. Belə çıxır ki, demokratiya, bərabərlik kimi anlayışlar rəsmi Paris üçün artıq heç bir önəm daşımır. Yelisey Sarayı bu kimi dəyərlərdən ancaq milli dövlətlərə qarşı təzyiq aləti kimi istifadə edir. Ancaq Makron komandasının qəbul etmək istəmədiyi bir haqq-ədalət də var. Beynəlxalq birlik, Afrika icmaları, o cümlədən də Azərbaycan K.Sebanın Parisdə əsassız olaraq saxlanılmasına biganə qalmadılar və onun həbsini pisləyən bəyanatlar yaydılar. Fransa isə artan beynəlxalq təzyiq qarşısında geri çəkilmək məcburiyyətində qaldı.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

