Paşinyan “qapı arxasında” qaldı...
03.10.2024 [10:56]
Erməni baş nazirin Ağ Ev arzuları puç oldu
Ermənistanın son aylarda xüsusilə qabartdığı “Qərbə inteqrasiya”, “ABŞ ilə yaxınlaşma” kimi “xülyaları” daşa dəyməkdədir. 5 aprel razılaşması ilə Ermənistanı özünün “arxa bağçası”na çevirən ABŞ İrəvanı hətta görüntü xatirinə belə olsa da, özünün “tərəfdaşı” kimi təqdim etmədi - BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-da “qonaq” olan Ermənistanın baş naziri Nikol Paşinyan əməlli- başlı “diqqətdən kənarda” qalıb. Tədbirdən öncə Ermənistan KİV-i Paşinyanın ABŞ prezidenti Co Baydenlə görüşəcəyi haqda “pozitiv proqnozlar” versə də, onların bu arzusu yerinə yetmədi. Cəmisi bir aydan sonra öz postunu təhvil verəcək və eks-prezidentə çevriləcək Bayden Paşinyanı qəbul etmədi.
Əslində Ermənistan ictimaiyyəti bu görüşü həm də Baydenin Paşinyanı “yeni müttəfiqi” qismində özünün xələfinə təqdimat mərasimi kimi xarakterizə edirdi. Düşünülürdü ki, məhz bu yolla ABŞ özünün Cənubi Qafqaza istiqamətlənən “yeni siyasi planları”nı nümayiş etdirəcək. Amma bu, baş vermədi. Səbəbləri isə az deyil...
Erməni KİV-i “ümidli” idi...
İlk növbədə Paşinyanın timsalında Ermənistan kimi bir dövləti özünün “bərabərhüquqlu” müttəfiqi və ya tərəfdaşı kimi təqdim etmək ABŞ üçün xarakterik ola bilməz - qlobal ambisiyalara malik Vaşinqton adətən Ermənistan kimi yerləşdiyi regionun autsayderi sayılan dövlətələrə belə jestlər etmir. Tam əksinə, onlara “yerini göstərmək” üçün əlinə düşən bu kimi fürsətlərdən yararlanır. Eyni zamanda, Paşinyanın Baydenlə görüşəcəyi ilə bağlı xəbərlərin yayılması, ardından isə bu görüşün baş tutmaması həm də Ağ Evin xüsusi piar strategiyasının bir hissəsidir. Ağ Ev bu yolla Ermənistanın onun adından istifadə etmə imkanlarını məhdudlaşdırır.
Bu mənada Paşinyanın qapı arxasında qoyulması da Ağ Evin Cənubi Qafqaza münasibətdə İrəvanı müttəfiqi hesab etməməsinin növbəti ifadəsi kimi başa düşülür. Vaşinqton prosesləri soyyuqqanlı şəkildə izləyir - regionda formalaşan yeni siyasi-iqtisadi, ticari reallıqlara Ermənistan üzərindən təsir imkanlarını araşdırır. Paralel olaraq isə bölgənin ən zəif dövlətinin Vaşinqtonun kölgəsinə sığınaraq “xüsusi statsus” qazanmasına “mane olur”.
Bayden “cəzalandırır”...
Məsələyə başqa bir rakursdan yanaşaq - Bayden bu “jesti” ilə həm də Ermənistana xəbərdarlıq edir. “Başını torpağa salmış dəvəquşu” misalı Ermənistanın etdiklərindən kimsənin xəbər tutmadığını fikirləşməsi yanlışdır - ən azından, İrəvanın ABŞ-ın iradəsinin əksinə olaraq Rusiya ilə iqtisadi əlaqələrini daha da irəliyə aparması, KTMT-dən və Aİİ-dən çıxmaması, paralel olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Ermənistan üzərindən “deşilməsi” Ağ evə məlumdur. Bir müddət öncə beynəlxalq mətbuat bu mövzuya geniş şəkildə yer ayırmışdı - belə olan halda, Baydenin Paşinyanı saymamasını Ermənistana xəbərdarlıq, hətta “sarı kart” kimi anlamaq mümkündür. 2024-cü ilin sonuna qədər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcminin 14 milyard dollardan 16 milyard dollara çatdırılması “perspektivi” təbii olaraq Vaşinqton üçün düşündürücüdür. Necə olur ki, siyasi münasibətləri kəskin olan bu iki dövlətin ticari əlaqələri günü-gündən genişlənir? Demək ki, “tarixi xəyanətkar” yenidən öz ampluasındadır - Ermənistan bir müddət öncə Rusiyaya arxa çevirdiyi kimi, ABŞ-ın da başının üstündən iş görməyə niyyətlənib. Təbii ki, İrəvan bunun ağrısını çəkəcək. Özünün maraqlarını heç vaxt və heç kimə dəyişməyən Vaşinqtonun Paşinyanı bağışlayacağına inam yoxdur - Baydenin soyuq münasibəti də bunu təsdiqləyir...
Ermənistan Kamala Harrisin planlarına daxil deyil...
Co Baydenin bir aydan sonra “eks” statusu qazanacağını düşünsək, prezidentliyə iki namizədin də “gələcək müttəfiq” ilə görüşməməsi maraq doğurur. Xüsusilə, ermənilərə xüsusi simpatiyası olan “demokratların” nümayəndəsi Kamala Harrisin bu məqamdan istifadə etməməsi düşündürücüdür - adətən ABŞ-dakı erməni lobbisinin “etimadını” qazanmaq üçün qeyri-real vədlər verən demokrat namizədlərin növbətisinin Paşinyanla görüşməməsi özü də bəzi suallara cavabdır. Paralel olaraq Harrisin Ermənistanın Müstəqillik Günü münasibətilə Paşinyana deyil, Amerika Erməni Milli Komitəsinə (ANCA) məktub göndərməsi də diqqəti cəlb edir. Beləliklə, Baydenin ardından Harris də Ermənistanın onun planlarında xüsusi prioritet daşımadığını ortaya qoyur. Dünyada “amplituda”nın bu qədər kəskin dəyişdiyi bir dövrdə Ermənistanın kəsb edəcəyi önəm isə olduqca azdır. Baş verənlərin fonunda İrəvan hansısa bir strateji əhəmiyyət daşımır - nə Avropada, nə də Şərqdə baş verənlərin fonunda Ermənistanın xüsusi münasibət görmə səbəbləri yoxdur. Bu mənada ABŞ özünün yaxın gələcək üçün hesablanan perspektivdə Ermənistanın “əsas məqamlardan” olmadığını əyani şəkildə ortaya qoyur...
Tramp üçün də əhəmiyyət daşımır...
Eyni fikirləri digər cəbhənin nümayəndəsi - Donald Tramp haqqında da demək olar. Respublikaçı namizədin əsas diqqət verdiyi məqam Mərkəzi Avropa “cəbhəsidir”. Ukrayna ilə bağlı məsələni özünün prioriteti elan edən Tramp üçün Orta Dəhlizin fəaliyyəti də olduqca əsaslı məqamlardandır. Amma bu planda Ermənistan hansısa bir önəmli rol oynamır - tam əksinə, Tramp öz çıxışlarında əməkdaşlığın, ticari tərəfdaşlığın inkişaf etdirilməsi məsələlərini açıq şəkildə qoyur. Bu isə onu deməyə əsas verir ki, Respublikaçı namizədin prioriteləri arasında nə Paşinyan, nə də Ermənistan yer almır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

