Yeni nazir Baş katiblə nəyi müzakirə edib?
13.09.2024 [08:11]
Qərbin NATO-ya üzv olmaq vədləri Ukraynanın hazırkı ağır duruma düşməsinin əsas səbəblərindən biridir. İllər öncə bu vəd verilsə də, Kiyev üçün alyansın qapıları hələ də bağlıdır. Nəticədə Ukrayna ağır müharibə şəraitində yaşamağa davam etməkdədir. Yeri gəlmişkən, ötən gün Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasındakı telefon danışığında bu məsələ diqqət mərkəzində olub. Bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib. “Biz Ukraynaya hərbi yardımın artırılması və davamlı olması, müdafiə istehsalının artırılması və Ukrayna silahlarına investisiyalar qoyulmasını müzakirə etdik. Mən həmçinin bir daha təsdiqlədim ki, Ukrayna NATO-ya üzvlük istiqamətində öz kursunu davam etdirir”, - XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, NATO-nun müxtəlif toplantılarında Kiyevin alyansa üzvlüyü müzakirə edilib. NATO-nun Brüsseldə keçirilən XİN başçılarının son toplantısında da Rusiya-Ukrayna qarşıdurması, Ukraynanın NATO-ya üzvlük yolunda yerinə yetirməli olduğu öhdəliklər barəsində də söhbətlər aparılıb. Belə ki, toplantı çərçivəsində Ukrayna-NATO Şurasının iclası keçirilib. Xarici işlər nazirləri səviyyəsində ilk belə görüş isə ötən il noyabrın sonunda baş tutmuşdu.
NATO Ukraynanı qətiyyətlə dəstəkləyir?
Qeyd edək ki, Ukrayna-NATO Şurasının ilk iclası ötən ilin yayında Vilnüsdə keçirilən sammit zamanı baş tutub. Sonra Ukrayna-NATO Komissiyasını əvəz edən və Kiyevə daha geniş imkanlar verən format yaradılıb. Bu əməkdaşlıq formatı Ukrayna ilə Alyans arasında münasibətlərin statusunu yüksəldib və ona görüşlər keçirməyə təşəbbüs göstərməyə imkan verib, həmçinin yeni əməkdaşlıq sahələrinə qapılar açıb.
NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, alyans Ukraynanı qətiyyətlə dəstəkləyir. O əmindir ki, Ukrayna bir gün alyansın tamhüquqlu üzvü kimi masa arxasında əyləşəcək. Sözügedən iclasda Ukraynanın NATO-ya üzvlüyü üçün həyata keçirməli olduğu islahatlarla bağlı tövsiyələr razılaşdırılıb. Toplantıdan bir gün əvvəl isə Kiyev Ukraynanın NATO-ya daxil olması ilə bağlı islahat planı layihəsini təsdiqləyərək iclasa təqdim etmişdi.
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ötən il noyabrın 29-da Brüsseldə keçirilən görüşdə Ukraynaya alyansa daxil olmaq üçün ilkin islahatlar üzrə tövsiyələr təqdim ediblər. Bununla bağlı Baş katib Yens Stoltenberq demişdi “Biz NATO-da üzvlüyü müzakirə etdik və Ukraynada olacaq ilkin islahatlar üzrə tövsiyələrimizi verdik. Buraya korrupsiyaya qarşı mübarizə və insanların hüquqlarının dəstəklənməsi də aiddir. Ukrayna hazırda NATO-ya həmişə olduğundan daha yaxındır. Biz onun azadlıq uğrunda mübarizəsini və NATO-ya yolunu bundan sonra da dəstəkləyəcəyik”. Baş katib qanunvericiliyə müəyyən dəyişikliklərin qəbul edildiyini vurğulayıb. Təhlükəsizlik sahəsində də dəyişikliklər baş verir və Ukrayna kəşfiyyat üzrə öz strukturlarını müasirləşdirir. “Korrupsiyaya və terrorizmə qarşı mübarizədən danışsaq, bu, Ukrayna üçün mühümdür. Axı bu, təkcə Rusiyaya qarşı mübarizə aparmağa deyil, həmçinin daha güclü dövlətə çevrilmək imkanı verir. Həm də NATO-ya daha yaxın olmağa kömək edir”, - deyə o qeyd etmişdi.
Oktyabrın 1-də alyansın yeni baş katibi fəaliyyətə başlayacaq
Burada müzakirə mövzularından biri NATO-ya üzv dövlətlərin adıçəkilən məsələlər üzrə Ukrayna ilə necə əməkdaşlıq edə bilmələridir. Alyansa üzv olmaq üçün Ukrayna-NATO Şurası vacib platforma hesab olunur.
NATO və Ukraynanın 2024-cü il üçün əməkdaşlıq proqramına Ukrayna Silahlı Qüvvələrinin hazırlığı və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi də daxildir. “NATO və Ukrayna artıq birgə işləyir və bərabərhüquqlu şəkildə geniş spektrli məsələlər, enerji təhlükəsizliyi, innovasiyalar, kibermüdafiə üzrə qərarlar qəbul edirlər”, - deyə Şura bəyan edib.
Yeri gəlmişkən, qeyd edək ki, oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun Baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq baş naziri Mark Rutte əvəzləyəcək. Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək. Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni Baş katibin mətbuat konfransı keçiriləcək.
Ukraynada Moskva ilə danışıqların tərəfdarları artır
Bütün bunların fonunda Ukrayna xalqının müharibə vəziyyətindən yorulmağa başladığı görünür. Ukraynalılar müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar aparılması ideyasını getdikcə daha çox dəstəkləyirlər. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Ukraynalı komandirlərdən biri qəzetə müsahibəsində bildirib ki, həm Ukrayna cəmiyyətində, həm də Qərb ölkələrində münaqişədən yorğunluq var. Ukraynada ictimai rəy sorğuları Moskva ilə danışıqlara dəstəyin “tədricən artdığını” göstərir.
WSJ qeyd edir ki, bir çoxları, xüsusən də gənclər döyüşləri dayandırmaq üçün ölkələrinə sərfəli olmayan olan müqaviləni qəbul etməyə hazırdırlar. Hərbçilər və veteranlar isə “Rusiya ilə hər hansı sövdələşməyə” hələ də skeptik yanaşır, ölkə rəhbərliyini qeyri-məqbul şərtlərlə müqavilə imzalamaqdan çəkinməyə çağırırlar.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda demişdi ki, Moskva Ukrayna üzrə danışıqlardan heç vaxt imtina etməyib. Lakin danışıqlar qeyri-real tələblər əsasında deyil, İstanbulda razılaşdırılmış parametrlər əsasında aparıla bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10

