2977 ölü, 24 itkin..
11.09.2024 [08:48]
11 sentyabr 2001-ci il terrorundan 23 il ötür
Tarixin bu günündə - 11 sentyabr 2001-ci ildə dünya Amerika Birləşmiş Ştatlarında “Əkiz qüllələr”də baş verən dəhşətli terror hadisəsindən silkələndi. Artıq həmin hadisələrdən 23 il ötür. Yaralar sağalıbmı? Demək çətindir. Ancaq bir şey bəllidir: Terrorun vətəni yoxdur. İnsanlığa, bəşəriyyətə qarşı yönələn belə əməllər əvvəlcədən xüsusi düşərgələrdə hazırlanan ayrı-ayrı fərdlər və yaxud mütəşəkkil dəstələr tərəfindən törədilir. Əksər hallarda isə bəd niyyətli əməllərin qurbanları sadə insanlar olurlar. “Əkiz qüllələr”də olduğu kimi.
Qərbdə “9/11” adlandırılan dəhşətli “Əkiz qüllələr” terroru
Terrorizmin yaranması tarixin dərin qatlarına gedib çıxır. Hazırda isə terrorizm qlobal bir xəstəliyə çevrilib. Deyə bilərik ki, indiki dövrdə terrorizmin coğrafiyası genişlənib və onun xarakteri daha da aqressivləşib. Siyasi, iqtisadi, humanitar, kibertəhlükəsizlik və digər məzmunlu terrorizm əməllərini fərqləndirmək mümkündür.
23 il bundan əvvəl ABŞ- da baş verən dəhşətli hadisələr yaxşı əlaqələndirilmiş və yaxşı hazırlaşmış 19 nəfər intiharçı terrorçu qrup tərəfindən dörd terror aktı ilə törədilib. Bu qrupun törətdiyi terror aktlarını Qərbdə adətən “9/11” adlandırırlar.
Terrorçular əvvəlcədən hazırlanmış ssenari üzrə hərəkət ediblər. Onlar mühafizənin nəzarətindən yayınmaqla hava limanına keçməyə müvəffəq olublar və müntəzəm reyslər yerinə yetirən dörd sərnişin avialaynerini zəbt edərək onları Nyu-Yorkda Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Vaşqinqtonda Pentaqonun binasına yönəldiblər. Ehtimal edilir ki, terrorçular Kapitoliyanın və ya Ağ evin binasına uçmağa da cəhd göstəriblər. İndi artıq məlumdur ki, sonuncu təyyarə hədəfə çatmayıb, çünki bir qrup cəsur sərnişin terrorçuları zərərsizləşdirməyə nail olub və təyyarə Pensilvaniya ştatında yerə çırpılıb. Terror aktları nəticəsində 2977 nəfər həlak olub, 19 terrorçu ölüb, 24 nəfər itkin düşüb. Təbii ki, həmin günü ABŞ-də heç kəs unutmayacaq.
ABŞ-da və dünyada terrora qarşı mübarizənin sərtləşdirilməsi
11 sentyabr terror aktları həm ABŞ-nin özündə, həm də bütün dünyada yeni transformasiyalara vəsilə olub. “Əkiz qullələr”dəki terrorun dünyanın supergüc dövləti sayılan ABŞ-də baş verməsi bir daha təsdiqlədi ki, hər hansı bir ölkə, şəhər və yaxud kənd terrordan sığortalanmayıb. O hər bir yerdə, hər kəsi yaxalaya bilər. Əvvəla, onu qeyd edək ki, ABŞ-də baş verənlər bir sıra terrorçu qruplaşmaları ruhlandırdı. Onlar gördülər ki, hətta ABŞ kimi güclü əks-kəşfiyyat sestemi olan ölkəni belə terror hadisələri ilə sınağa çəkmək mümkündür. Təsadüfi deyildir ki, dünya üzrə radikal terrorçu qruplaşmaların sayı yağışdan sonra göbələk kimi çoxalıb.
“Əkiz qüllələr” hadisələrinin səbəb olduğu ən böyük və mühüm transformasiya isə dünyanın terror qarşı “SOS” siqnalı çalması oldu. Bu gün dünyada terrorçuluğa qarşı çoxsaylı beynəlxalq qurumlar fəaliyyət göstərir. Bu sırada BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini, ATƏT-in Transmilli Təhdidlər Departamentini, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupunu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik. O cümlədən Azərbaycan məlum hadisələrdən sonra beynəlxalq çağırışlara cavab olaraq öz hava məkanını və hava limanlarını Əfqanıstanda Əl-Qaidəyə qarşı mübarizə aparan beynəlxalq anti-terror koalisiyasının üzvlərinin üzünə açıb.
Xüsusilə də 11 sentyabr hadisələri Amerikanın özündə ümummilli birliyə təkan verdi, müxtəlif irqlərə, konfessiyalara və siyasi qruplara mənsub olan amerikalılar sıx birləşdirlər. “Əl-Qaidə”nin və onun lideri Üsəma ben Ladenin məhv edilməsindən, habelə Əfqanıstanda “Sarsılmaz azadlıq” adlı hərbi əməliyyat başlanandan sonra ABŞ hökuməti əvvəllər federal agentliklər ilə özəl sektor arasında əməkdaşlığa və informasiya mübadiləsinə əngəl törədən maneələri aradan qaldırdı. Federal agentliklər ştatlar səviyyəsində münasibətləri möhkəmləndirdilər, yerlərdə aparılan müşahidələr bilavasitə beynəlxalq və daxili terrorizmə qarşı mübarizə üçün çox faydalı oldu. Birləşmiş Ştatların təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi üçün 2002-ci ildə Daxili Təhlükəsizlik Nazirliyi yaradıldı. Terror aktları törədilməsinə və təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə məqsədilə bütün idarələrin optimal qarşılıqlı fəaliyyətinə nail olmaq üçün yaradılmış, prinsip etibarilə yeni olan bu qurum çoxsaylı təhlükəsizlik xidmətlərini birləşdirir.
Terror aktlarına cavab tədbirləri ilə bağlı dəyişikliklər nəticəsində, Federal Təhqiqatlar Bürosunun (FTB), digər federal agentliklərin və ABŞ-nın beynəlxalq tərəfdaşlarının gərgin işi sayəsində o vaxtdan bəri Amerika ərazisində xarici terror təşkilatları tərəfindən heç bir irimiqyaslı hücum baş verməyib. Lakin ABŞ-ın səylərinə baxmayaq son 20 ildə texnologiyalar inkişaf etdikcə, dünyada qarşılıqlı əlaqələr möhkəmləndikcə, məlum təhdidlər transformasiyaya məruz qalıb, yeni təhdidlər yaranıb. Xüsusilədə son vaxtlarda kibertəhlükəsizliklə bağlı təhdidlər artıb. Belə təhdidlər adətən ölkələrin hüdudlarından kənarda təşkil olunur.
Günümüzün reallığı -siyasi terrorlar
Dünya miqyasında terrorçuluğa qarşı mübarizənin sərtləşdirilməsinə, bunula bağlı çoxsaylı qurumların yaradılmasına baxmayaraq, hələlik terrorun kökünü kəsmək mümkün olmayıb. Qeyd etdiyimiz kimi, törədilən terror hadisələrinin xarakteri fərqli olur. Son illərdə isə siyasi məzmunlu terrorların sayının artdığını müşahidə edirik, Deyə bilərik ki, belə terrorlar günümüzün reallığına, dünya ölkələrinin başının bəlasına çevrilib. Məsələn, qardaş Türkiyə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə dəhşətli terror hadisəsi ilə silkələndi. Qeyd olunan tarixdən bizi artıq səkkiz illik zaman məsafəsi ayırır. Baş verələrin isti izlərlə araşdırılması nəticəsində terror hadisələrinin FETÖ tərərfindən törədildiyi müəyyənləşdirildi. FETÖ-nün təmsilçiləri isə uzun müddət din pərdəsi altında gizlənməyi və təşkilatlanmış şəbəkə qurmağı bacarmışdılar. Ancaq şəbəkənin üvləri özlərini müxtəlif adlar altında dini-ideoloji cərəyan nümayəndələri kimi təqdim etsələr də, bu cərəyanın və yaxud qurumun İslam dininə hansısa bir bağlılığı olmayıb. Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş həmin gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkəninin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. İslamofob dairələr tərəfindən istiqamətləndirilən və tamamilə siyasiləşmiş FETÖ-nün məlum terror hadisələrini törətməkdə məqsədi radikal şəriət qanunları ilə idarə olunan dövlət qurmaq olub. Hadisələr zamanı daha əvvəl orduda yerləşdirilmiş gülənçilər və FETÖ-yə bağlı olan qüvvələr legitim hakimiyyəti hərbi yolla ələ keçirmək məqsədi güdürdülər. Lakin FETÖ və digər satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları 15 iyul 2016-cı il tarixində növbəti dəfə iflasa uğradı. Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.
Dünyada böyük rezonans doğuran ən son siyasi terror aktı isə qonşu İranın patytaxtı Tehranda törədilib. HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də öldürüldü. Xatırladaq ki, İsmayıl Haniyəyə qarşı terror hadisəsi Tehrandakı iqamətgahında baş verib. Hadisə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qeydə alınıb. Qətərdə yaşayan İsmayıl Haniyə məhz İranın yeni seçilən dövlət başçısının inaqurasiya mərasimində iştirak etmək məqsədilə Tehrana gəlmişdi. Rəsmi Tehran bu terror hadisəsinin qisasını artıqlaması ilə alacağını bildirsə də, hələlik praktiki müstəvidə hansısa bir addım atmayıb. Belə görünür ki, İran yalnız proksilərinə dəstəyini artırmaqla işini bitmiş sayır...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

