/ / Türkiyə mətbuatı: COP29 çərçivəsində “Dayanıqlı gələcək platforması” ekoloji sahədə əlaqələrin möhkəmləndirilməsinə yönəlib
Türkiyə mətbuatı: COP29 çərçivəsində “Dayanıqlı gələcək platforması” ekoloji sahədə əlaqələrin möhkəmləndirilməsinə yönəlib
07.09.2024 [11:29]
“Dayanıqlı Gələcək Platforması” Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində açılan ictimai vətəndaş təşəbbüsü pavilyonu olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzetinin “ Green Zone COP29” platformasında pavilyonun qarşıdan gələn açılış mövzusuna həsr olunmuş materialında deyilir.
Nəşr yazır ki, Bakıda BMT-nin noyabr konfransı ərəfəsində “Agriconnect Türkiye” təşkilatından “Dayanıqlı Gələcək Platforması”nın təşkilatçıları bu işlərə töhfə verməyə çalışan tanınmış şirkətlərin, QHT-lərin nümayəndələri və ictimai xadimlərlə görüş keçiriblər.
“Agriconnect Türkiye” şirkətinin nümayəndəsi Həvva Olçum deyib ki, noyabrın 11-dən 24-dək Bakıda “Dayanıqlı Gələcək Platforması” pavilyonunda ekoloji mövzularda çoxsaylı dəyirmi masa və digər tədbirlər keçiriləcək. “COP29-un 11 günü ərzində, o cümlədən su təminatı, enerji, texnologiyalar, dəb, turizm, nəqliyyat və səhiyyə də daxil olmaqla 11 müxtəlif istiqamət üzrə müzakirələr təşkil olunacaq. Məqsədimiz ictimaiyyətin maksimum dərəcədə geniş diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Qeyri-hökumət təşkilatlarının nümayəndələrini, tanınmış istehsalçıları, alimləri və ətraf mühit fəallarını bir araya gətirməyi planlaşdırırıq”, - deyə “Agriconnect Türkiye”nin nümayəndəsi pavilyon yaratmaq ideyasına dəstəyinə görə “Trendyol”a təşəkkürünü bildirib.
O vurğulayıb ki, bu gün səyləri birləşdirmək və ekoloji problemləri müzakirə etmək üçün ən doğru zamandır. “Artıq üç ildir biz “Dayanıqlı Gələcək Platforması” çərçivəsində müxtəlif tədbirlər həyata keçiririk, ekoloji sahədə sıx dialoqa və təmaslara çağırırıq”, - deyə Olçum Türkiyə və Azərbaycanın tanınmış simalarının daxil olduğu “Dayanıqlı Gələcəy”in Məşvərət Şurasının yaradılması barədə xatırladıb. “Bu Şura ictimaiyyətə açıqlanacaq hesabatlar hazırlayacaq", - deyə o əmin edib.
“Cümhuriyyət”in materialında, həmçinin “Dayanıqlı Gələcəyin” Məşvərət Şurasının üzvləri Əsli Pasinli və professor Levent Kurnaz, eləcə də Azərbaycan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin rəhbəri Nigar Ələsgərovanın Azərbaycanda keçiriləcək COP29 konfransının əhəmiyyəti mövzusunda fikirləri oxuculara çatdırılıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

