Solçular Makronun öz səlahiyyətlərini aşdığını düşünürlər
28.08.2024 [13:49]
Siyasi qüvvələrin liderləri ilə məsləhətləşmələrin birinci raundundan sonra E. Makron Yeni Xalq Cəbhəsi (NFP) hökuməti variantını rədd etdi. Solçular bu qərarı sərt tənqid edərək onun Respublika Prezidenti kimi öz səlahiyyətlərini aşdığını düşünürlər.
AZƏRTAC xəbər verir ki, Fransa siyasi böhrandan çıxa bilmir. Baş nazir axtarışı davam edir. Yelisey sarayının mətbuata açıqlamasında E. Makronun NFP-nin namizədi Lüsi Kastetsin baş nazir olmasını rədd etdiyi bildirib. Qeyd olunub ki, ölkənin institusional sabitliyi bu variantı saxlamamağı tələb edir.
Mətbuata açıqlama göstərdi ki, Emmanuel Makron hakimiyyəti itirməmək üçün mümkün qədər güclü hökuməti seçmək istəyini nümayiş etdirərək neytrallıqdan uzaqlaşır.
"Respublika Prezidenti qeyd etdi ki, ən çox deputatı bir araya gətirən alyansın təklif etdiyi yeganə proqrama və yeganə partiyalara əsaslanan hökumət, NFP dərhal Milli Assambleyada təmsil olunan bütün digər qruplar tərəfindən bloklanmaya məruz qalacaq. Belə bir hökumətə qarşı çıxan 350-dən çox deputatın səs çoxluğu onun fəaliyyət göstərməsinə faktiki mane olacaq”, - deyə mətbuata açıqlamada bildirilib.
Yelisey sarayının bu bəyanatları solçular tərəfindən sərt şəkildə tənqid olundu. “Əyilməz Fransa” (La France insoumise-LFİ) partiyasının koordinatoru M. Bompard bunun heç bir mənası olmayan arqument əsasında həyata keçirilən qəbuledilməz anti-demokratik çevriliş olduğunu dedi.
Prezidentin qərarı "institutların məntiqinə qətiyyən uyğun gəlmir, bu, son dərəcə narahatedicidir. Demokratiya prezidentin gözündə heç nə demək deyil və mən bunu son dərəcə təhlükəli hesab edirəm", - deyə NFP-nin namizədi Lüsi Kastets xəbərdarlıq edib.
Ekolojist M. Tondelye isə vəziyyəti tamamilə qeyri-liberal adlandıraraq, seçkilərin nəticələrinin oğurlandığını söyləyib.
“Biz bu seçkinin oğurlanması prosesindəyik (...) Məni ən çox qəzəbləndirən odur ki, o, sabitlikdən danışır, lakin fransızların dörddə üçü dəyişiklik istəyir. Solçu liderlər üçün baş naziri təyin etmək Emmanuel Makrondan, sonra isə yeni hökuməti senzuradan keçirib-keçirməmək isə parlamentdən asılıdır. Biz bunu sınamağa, bloklanmaya məruz qalmamaq üçün müqavilələr bağlamağa hazırıq. əgər Lüsi Kastets baş nazir olarsa, o, danışıqlar apararaq, Parlamentə güvənərək davam etməli olacağını bilir”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13

