Fransanın xarici borcu 800 milyard avroya çatıb
17.07.2024 [18:55]
Fransa Bankının təqdim etdiyi hesabata görə, Fransanın cari hesab kəsiri ötən il 28 milyard avroya çatıb.
AZƏRTAC xəbər verir ki, Fransa Bankının direktoru Fransua Vilerua dö Qalo (Fransua Villeroy de Galhau) 2023-cü il üçün illik tədiyə balansını təqdim edərkən “Fransa çəyirtkədir”, - deyə ölkəsinin heç nə etmədiyini, tənbəl olduğunu qeyd edib. Bildirib ki, bu balans yeni əsaslarla müəyyən edilsə də, nəticələr dəyişməz olaraq qalır.
Ötən il Fransada 28 milyard avro və ya ÜDM-in təxminən 1 faizi həcmində cari hesab kəsiri qeydə alınıb. Bu vəziyyət Almaniya, İtaliya və İspaniya kimi böyük qonşu ölkələrin profisitləri ilə ziddiyyət təşkil edir. 2022-ci ildə 79 milyard kəsiri olan avro bölgəsi ötən il ÜDM-in 1,8 faizini təşkil edən 240 milyardlıq profisit nümayiş etdirib. Bununla belə, Fransanın xarici borcu 800 milyard avroya və ya ÜDM-in 28 faizinə çatıb. Halbuki bu rəqəm 2022-ci ildə ÜDM-in 24,8 faizinə bərabər idi.
Fransua Vilerua dö Qalo xarici borcun bu cür pisləşməsini Fransa iqtisadiyyatının zəif tərəflərinin əks olunması kimi ifadə edib. O, dövlət kəsiri ilə xarici ticarət arasında korrelyasiya olduğunu vurğulayıb və hökuməti rəqabət qabiliyyətini artırmaq üçün səyləri ikiqat artırmağa çağırıb. Bununla da gələcək hökumətə ölkənin maliyyə durumu ilə bağlı mesaj verib.
Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin Hesablama Palatası da maliyyə durumunun kritik vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

