Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslərə qarşı terrorizm maddəsi ilə cinayət işi açılıb

Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslərə qarşı terrorizm maddəsi ilə cinayət işi açılıb

08.07.2024 [21:46]

Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər. 

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər. Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır. İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarının iştirakçılarının heç biri cinayət məsuliyyətindən yayınmasın”, - deyə məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31