Ermənilərin yalançı təbliğatı iflasa uğrayıb
04.10.2012 [02:28]
Xəbər verildiyi kimi, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında çıxışı zamanı növbəti dəfə sərsəm bəyanatlar səsləndirib. Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağ problemi ilə bağlı reallıqları təhrif etməyə cəhd göstərərək, hətta beynəlxalq ictimaiyyətə yaxşı məlum olan, erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq ictimaiyyətin mövqeyinin guya rəsmi Bakıya qarşı yönəldiyini iddia etməkdən çəkinməyib. Lakin Edvard Nalbandyanın çıxışı, eləcə də, sonradan cavab hüququ ilə çıxış edən Ermənistan nümayəndəsinin qeydləri BMT Baş Assambleyasında olan diplomatların təəccübünə və hətta istehzasına səbəb olub.
İstənilən halda, Nalbandyanın bəyanatları Ermənistanın danışıqlar prosesində pozucu rol oynadığını göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız sülh yolu ilə mümkünlüyünü bildirən Nalbandyan, bu dəfə də konkret mövqe sərgiləməyərək çıxış yolunu həqiqətləri təhrif etməklə, rəsmi Bakını günahlandırmaqda görüb. Lakin Nalbandyanın nitqi hər zaman olduğu kimi, bu dəfə də heç bir fakta söykənməyən söz yığınından ibarət olub. O, BMT Baş Assambleyasının tribunasından Ermənistanın nifrət və dözümsüzlüklə üz-üzə qaldığını iddia edib. Daim qeyri-konstruktiv mövqe sərgiləməkdən çəkinməyən Ermənistan rəsmisi bu gün reallıqda region və dünya enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanı bölgənin sabitliyi üçün təhdid adlandırmaqdan çəkinməyib.
Lakin işğalçı ölkə rəsmisinin çıxışı yerindəcə cavabını alıb. Belə ki, ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev cavab hüququndan istifadə edərək Nalbandyanın çıxışında ifadə olunmuş fikirlərə münasibət bildirib və erməni nazirin çıxışının tamamilə yalanlar üzərində qurulduğunu vurğulayıb.
Çıxışını demək olar ki, Ramil Səfərov məsələsi üzərində qurmuş Nalbandyanın müvafiq qeydləri ilə bağlı Mehdiyev Azərbaycan tərəfinin bununla bağlı mövqeyinin BMT-nin baş katibinə ünvanlanmış məktubda aydın surətdə ifadə edildiyini bildirərək üzv dövlətləri həmin məktubla tanış olmağa çağırıb. Ramil Səfərov məsələsini irqçilik nümunəsi kimi təqdim etməyə çalışan Ermənistan XİN rəhbərinin fikirlərinə cavab kimi Mehdiyev monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın çoxmillətli dövlət olduğunu və ermənilərin Dağlıq Qarabağdan başqa ölkəmizin digər ərazilərində də yaşadıqlarını vurğulayıb. Mehdiyev müxtəlif beynəlxalq təşkilatların Ermənistan cəmiyyətində dözümsüzlük və nifrətin mövcudluğu faktını qeyd etməsinə toxunub. Səfir bildirib ki, bu dözümsüzlük və nifrət işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində və etnik zəmində qondarma qurumun yaradılmasında da öz əksini tapıb.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın hələ 2000-ci ildə müdafiə naziri olarkən verdiyi müsahibələrinin birində minlərlə azərbaycanlı mülki əhalinin qətlə yetirilməsi ilə bağlı təəssüf hissi keçirmədiyi fikrini xatırladaraq, Ermənistan rəhbərliyinin cinayətkar mahiyyətini diqqətə çatdırıb.
Mehdiyev Nalbandyanın guya beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyinin Ermənistanın mövqeyi ilə üst-üstə düşməsi fikrinə cavab olaraq BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qətnamələrində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi çağırışının əks olunduğunu, son olaraq təkcə bu il NATO, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının sammitlərində qəbul edilmiş sənədlərdə Azərbaycanın münaqişə ilə bağlı mövqeyinə uyğun müddəaların öz əksini tapdığını xatırladıb və Sarkisyanın məhz buna görə, NATO və Qoşulmama Hərəkatının toplantılarına qatılmaqdan imtina etdiyini vurğulayıb.
O əlavə edib ki, işğalçı dövlətin təcavüzünün qurbanı olan ölkəni özünün hərbi büdcəsini artırmaqda günahlandırması gülüncdür. Bundan əlavə, Azərbaycanın hərbi büdcəsi onun ümumi büdcəsinin artması kontekstində artır və bu, ölkənin ərazisi, əhalisi və ümumi daxili məhsulunun həcmi ilə uyğunluq təşkil edir. Ermənistan isə əslində, Cənubi Qafqazda ən hərbiləşmiş dövlətdir.
Qeyd etmək lazımdır ki, bütün bunlar açıq şəkildə erməni rəhbərlərinin Azərbaycanın iqtisadi gücünün və hərbi potensialının artmasını narahatlıqla qarşıladıqlarını göstərir. Görünür, ötən günlərdə diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində Prezident İlham Əliyevin Ermənistan və işğal olunmuş Azərbaycanın tarixi torpaqları haqqında səsləndirdiyi fikirlər rəsmi İrəvanı tədirgin edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

