Rusiya və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb
19.06.2024 [12:31]
Rusiya Prezidenti Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri çərçivəsində iyunun 19-da iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi KXDR lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin imzalayıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov sənədin keçmiş SSRİ ilə KXDR arasında 1961-ci ildə imzalanmış dostluq və qarşılıqlı dəstək haqqında müqaviləni, 2000-ci ildə Rusiya ilə Şimali Koreya arasında imzalanmış dostluq və mehriban qonşuluq haqqında müqaviləni, habelə Moskva (2000-ci il) və Pxenyan (2001-ci il) bəyannamələrini əvəz edəcəyini bildirib. Onun sözlərinə görə, yeni sənədə ehtiyac dünyada və regionda geosiyasi vəziyyətin kəskin dəyişməsi, eləcə də Rusiya ilə KXDR arasında ikitərəfli münasibətlərdə baş verən keyfiyyət dəyişiklikləri ilə bağlıdır. Kremlin nümayəndəsi qeyd edib ki, yeni sənəd beynəlxalq hüququn bütün fundamental prinsiplərinə riayət edəcək, heç bir qarşıdurma xarakteri daşımayacaq və heç bir ölkəyə qarşı yönəldilməyəcək, şimal-şərqi Asiya regionunda daha çox sabitliyin təmin edilməsinə yönələcək.
Qeyd edək ki, iyunun 18-də Rusiya Prezidenti Vladimir Putinin KXDR lideri Kim Çen Inın dəvəti ilə bu ölkəyə səfəri başlayıb. İyunun 19-da Pxenyanın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub. Ardınca dövlət başçılarının geniş tərkibdə, sonra isə təkbətək görüşü olub.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

