Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin, Yaponiya və Cənubi Koreya liderlərinin toplantısı keçirilir

Çin, Yaponiya və Cənubi Koreya liderlərinin toplantısı keçirilir

27.05.2024 [09:54]

Mayın 27-də Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yol, Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişidanın üçtərəfli toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, bu, Asiyanın 3 ölkəsinin liderlərinin 2019-cu ilin dekabrından sonra ilk birgə toplantısıdır. Tərəflər iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi, səhiyyə, elm və texnologiya, təbii fəlakətlə mübarizə sahələri üzrə əməkdaşlıq və xalqlar arasında mübadilə məsələləri müzakirə ediblər. Görüşdə 2025-ci və 2026-cı illəri Çin-Yaponiya-Cənubi Koreya mədəni mübadilə illəri elan ediblər.

Medianın məlumatına görə, görüşdə regional və beynəlxalq məsələlər də gündəmdə olub. Toplantının yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Liderlər hər 3 ölkənin iş adamlarının iştirakı ilə təşkil olunacaq biznes forumda da iştirak edəcəklər.

Mayın 26-də isə ikitərəfli görüşlər keçirilib.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31