Ramazan ayı...
12.03.2024 [11:06]
Oruc tutarkən nəyi necə etməli, nələri etməməli?
Yeganə BAYRAMOVA
Dünəndən etibarən bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlayıb. Bu il hicri təqvimlə Ramazan ayının 1-i miladi təqvimlə 2024-cü il martın 11-nə təsadüf edir. Ramazan ayının ilk Qədr gecəsəsi martın 28-də olacaq. İkinci qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-i, sonuncusu isə aprelin 5-də olacaq.
Mərhəmət və şəfqət ayı olan Ramazanda iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq da bu ayda ən böyük savab əməllərdən sayılır.
Oruc tutmağın orqanizmə faydaları...
İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulub. İslamın beş şərtindən biri olan oruc mədəyə, eləcə də digər orqanlara sağlamlıq baxımından çox faydalıdır. Bu müasir tibb mütəxəssisləri tərəfindən də açıq və qəti bir şəkildə isbat edilib.
Statistika göstərir ki, insanın çəkisi normadan artıq olarsa, qan təzyiqi, şəkər xəstəliyi və oynaq iltihabı kimi xəstəliklərə tutulma şansı başqalarından daha çoxdur. Əgər bədəndəki artıq çəki oruc vasitəsilə dəf edilərsə, bu xəstəliklərə yoluxma şansı da azalar.
Ramazan ayında qidalanma...
İctimai həyatımızda önəmli yer tutan Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır. Buna görə də Ramazan ayında qidalara dəyişikliklər edilir. Oruc tutarkən qidalanmaya daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinmək lazımdır. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir. Oruc tutan kəslərdə təzyiq yüksəkliyi, yorğunluq, unutqanlıq, diqqətsizlik, durğunluq, həzm çətinliyi, yuxuya meyl, əsəbilik və baş ağrısı kimi problemlər yarana bilər. Ona görə də şüurlu olaraq qidalanma tərzini və düzgün qidalanma üsullarını bilmək lazımdır.
Hansı nemətlərdən daha çox istifadə etməli?
Ramazanda iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda kefir və qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır. Ət və əti əvəz edənlər: yağsız qırmızı ət, toyuq, balıq, quru paxlalılar, yumurtadan istifadə məsləhətdir. Çörək və taxıl məhsullarına gəlincə isə tam dənəli taxıldan hazırlanan çörəklər, çovdar, kəpək, yulaf xeyirlidir.
Susuzluğa tab gətirmək üçün...
İnsan bədəninin yüzdə 70 faizini su təşkil edir. Buna görə də su insanlar üçün həyati əhəmiyyət daşıyır. Susuz insan orqanizmində proseslərin baş verməsi, ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Gün ərzində mayenin az qəbul edilməsi su tarazlığını pozur və insan orqanizmində, xüsusilə həzm sistemində bir çox problemlər yaradır. Ona görə də insanlar qida seçimində diqqətli olmalı, duzlu və ağır, qızartmalı yeməklər, sosiska, kolbasa kimi duz məzmunlu qidaların yerinə tərəvəz və meyvədən hazırlanmış zəngin, sulu yeməklər seçməlidirlər.
İftardan sonra mütləq gəzmək lazımdır!
Ramazan aylarında qəbizlik şikayətinin qarşısını almaq üçün iftardan bir-iki saat sonra meyvəyə üstünlük vermək lazımdır. Hər axşam meyvə qəbulu günlük vitamin ehtiyacını ödəmiş olur. Meyvəni yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək məsləhətdir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51

