Əməkdaşlıq və dialoq məkanı
24.12.2024 [09:00]
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Prezident İlham Əliyevin bu günlərdə həm “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına, həm də Roma Papası Fransisk Həzrətlərinə Müqəddəs Milad bayramı münasibətilə təbrik məktubları ünvanlaması ölkəmizdə mədəniyyətlərarası dialoqa, multikulturalizmin təşviqinə necə böyük önəm verildiyini bir daha əyani şəkildə təsdiqləyir.
Bu, o anlama gəlir ki, Azərbaycanda ayrı-seçkiliyə yer yoxdur və bütün dinlərə böyük hörmətlə yanaşılır. “Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir”, - deyə Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına ünvanladığı məktubunda vurğulayıb.
Dövlət siyasətinin mühüm istiqaməti - multikulturalizm
Hazırda dünyada müşahidə edilən bəzi proseslər ciddi narahatlıq doğurur. Ayrı-ayrı ölkələrdə dini-mədəni müxtəlifliyə dözümsüz yanaşmalar da bu sırada yer alır. Xüsusilə də Avropa məkanında cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Forum iştirakçılarına ünvanlanan məktubda da vurğulandığı kimi, belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.
Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycan tolerantlıq baxımından nümunəvi bir məkan kimi diqqət mərkəzinə gəlir. Respublikamızda dövlət-din siyasəti yüksək səviyyədə qurulub. Məlumdur ki, Azərbaycan çoxkonfessiyalı cəmiyyətə malikdir. Dövlət-din siyasəti də məhz belə rəngarəngliyə uyğun qurulub. Ölkəmizdə bir tərəfdən insanların böyük əksəriyyətinin inam bəslədiyi İslam dininə aid dəyərlər qorunur. O cümlədən ölkə ərazisində İslam dininə aid abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb.
Eyni zamanda, respublikamızda digər dinlərə də böyük hörmət bəslənilir, burada fərqli etiqad daşıyıcısı olan insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda multikulturalizm tarixdən gələn bir ənənədir və bu gün də qorunub saxlanılır. Qısaca desək, ölkəmizdə multikulturalizm həm cəmiyyətin istəyidir, həm də dövlət siyasətidir. Forum iştirakçılarına ünvanladığı məktubunda buna xüsusi diqqət çəkən Prezident İlham Əliyev “Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk”, - deyə bildirib.
Vurğulamaq yerinə düşər ki, hazırda dünyada İlham Əliyev kimi tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirlməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin və multikulturalizmin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Xatırladaq ki, 2024-cü ilin may ayında Bakı sayca altıncı Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib.
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında formalaşmış xoş münasibətlər
Müstəqil Azərbaycanla Müqəddəs Taxt-Tac arasında siyasi dialoq geniş məzmuna malikdir. Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl multikultural siyasət Vatikanda yüksək dəyərləndirilir. Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə ünvanladığı məktubunda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlərin sevindirici olduğunu bildirib. “İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir”, - deyə dövlətimizin başçsı vurğulayıb.
Bu məqamda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da Vatikanla əməkdaşlığın genişənməsinə davamlı töhfələr verdiyini xüsusi vurğulamaq yerinə düşərdi. İndiyədək Fond tərəfindən Müqəddəs Taxt-Tacda çoxsaylı layihələr reallaşdırılıb. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Həm Azərbaycan, həm də Müqəddəs Taxt-Tac gələcəkdə də xoş mərama əsaslanan sıx əməkdaşlığı davam etdirmək niyyətindədirlər. Cari ilin sentyabr ayında Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti, kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

