Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub
16.11.2024 [15:35]
İspaniya Krallığının Maqos Fondunun təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Malaqa şəhərində “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgi keçirilib. Tədbirlə əlaqədar olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rəhbərliyi ilə Azərbaycandakı dini icma nümayəndələrinin İspaniyaya səfəri təşkil olunub. Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin, eləcə də Maqos Fondunun təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə sərgidə Azərbaycan guşəsi təqdim edilib. Azərbaycanın tarixi, mədəniyyəti, habelə ölkəmizdə tarixən mövcud olan tolerantlıq, multikultural və çoxkonfessiyalı zəngin mədəni irsin qorunması istiqamətində dövlətimizin aparığı siyasət, həyata keçirilən layihələr haqda İspaniyanın geniş ictimaiyyətini, eləcə də kütləvi informasiya vasitələrini məlumatlandırmaq məqsədilə, tədbir çərçivəsində “Azərbaycanın multikulturalizm modeli” mövzusunda xüsusi seminar da təşkil olunub. Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbirdə məruzə ilə çıxış edib. O, Azərbaycanda mədəni müxtəlifliyin, tolerantlığın və multikulturalizmin təbliğinə diqqət çəkərək bildirib ki, müxtəlif etnik və dini icmalarının birgə yaşadığı mühit Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın tolerantlıq ənənələri, multikulturalizm siyasəti, eyni zamanda, bu gün Azərbaycanda olan din-dövlət münasibətləri haqda geniş məlumat verən R.Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu sahədəki fəaliyyəti, beynəlxalq tədbirlər və təcrübə mübadiləsi haqda da danışıb. Azərbaycanın qlobal miqyasda multikulturalizmin təbliğinə verdiyi töhfələrdən söz açan Rəvan Həsənov ölkəmizin mədəni müxtəliflik və harmoniya istiqamətində dünya üçün örnək bir model olduğunu qeyd edib. Tədbirdə çıxış edən Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal ölkəmizdə yaşayan yəhudilərin həyat tərzi, Katolik kilsəsinin keşişi Vladimir Baxa və Alban-Udi xristian icmasının sədri Robert Mobili isə xristianların Azərbaycandakı yaşam şəraiti və dini ibadətlərini azad şəkildə icra etmələrindən, eləcə də qədim Qafqaz Albaniyasının irsi olan kilsələrdən və Azərbaycan dövlətinin bu sahədəki qayğısından danışıblar. Tədbirdə Malaqa ictimaiyyəti, dini icma nümayəndələri, Malaqa universitetinin tələbələri də iştirak ediblər.
Səfər çərçivəsində BBMM-in icraçı direktoru Rəvan Həsənov Malaqa Şəhər Şurasının Xarici Əlaqələr üzrə direktoru İzabel Paskual Villamor ilə görüşüb. Görüş zamanı Malaqa Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi və gələcəkdə birgə tədbirlərin təşkili imkanları müzakirə edilib. Multikulturalizm Mərkəzinin nəşrləri xanım Villamorun xüsusi marağına səbəb olub.
16 noyabr - Dünya Tolerantlıq Günü münasibətilə Maqos Fondunun təşkilatçılığı ilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, habelə ölkəmizdəki müsəlman, xristian, alban-udi, yəhudi dini konfessiyalarının nümayəndələri Malaqa Şəhər Bələdiyyəsinin rəsmi iqamətgahında şəhər bələdiyyə rəhbəri Fransiska Torrenin birbaşa iştirakı ilə dünyada sülh və birgə yaşayışın təbliğatında göstərilən xidmətlərə görə mükafatlandırma mərasimində də iştirak ediblər. Nobel Sülh mükafatı laureatı Şirin Ebadi, YUNESKO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser, NATO Parlament Assambleyasının sabiq prezidenti, o cümlədən İspaniya və Fransanın tanınmış ictimai xadimlərinin iştirakı ilə keçirilmiş tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinə Maqos Fondu tərəfindən mükafat təqdim olunub. Çıxışında Azərbaycandakı multikulturalizm ənənələrinə toxunan R.Həsənov mədəniyyətlər və dinlərarası dialoqun dünyada sülhün təminatının əsas qayəsi olduğunu, bu məqsədlə Azərbaycan modeli olan multikulturalizm və tolerantlığın yayılması istiqamətindəki sülhpərvər fəaliyyətlərini davam etdirəcəklərini bildirib. R.Həsənov daha sonra yerli media qurumlarının suallarını cavablandırıb. Tədbir Qala şam yeməyi ziyafəti ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

