Dneprdə Azərbaycan diasporu 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
20.01.2026 [21:18]
Ukraynanın Dnepr şəhərində Azərbaycanın diaspor fəalları, soydaşlarımız 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçiriblər.
AZƏRTAC xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda həlak olanların xatirəsini yad etmək məqsədilə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
“Dnepropetrovsk vilayəti azərbaycanlıları liqası”nın sədri Sərxoş İsmayılov, tanınmış tarixçi Eldar Tağıyev, diaspor fəalları İqbal Zeynalov, Rövşən Nəbiyev, Təbriz Əlizadə və başqaları çıxışlarında vurğulayıblar ki, 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələr Azərbaycan xalqının həqiqi azadlıq arzusunu məhv edə bilməyib.
Qeyd olunub ki, qardaş Ukrayna və Azərbaycan xalqların tarixində çoxlu ortaq cəhətlər var və onları birləşdirən əsas xüsusiyyətlər ədalətə, azadlığa və həqiqi müstəqilliyə can atmaqdır.
“Biz çox rəmzi bir tarixdə toplaşmışıq. Məhz 1990-cı ilin yanvar günlərində Bakıya sovet qoşunları yeridildi və dinc əhaliyə qarşı qanunsuz, qanlı qətliam törədildi. Bu faciəli hadisələr Azərbaycan dövlətçiliyi və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrildi”, - deyə S.İsmayılov qeyd edib.
Həlak olanların xatirəsi dualarla, bir dəqiqəlik sükutla və memorial instalyasiya önündə rəmzi şamların yandırılması ilə yad edilib. Faciələrin xronikasını və azadlığa gedən yolu əks etdirən kitablar və fotomateriallar nümayiş etdirilib.
Yanvar hadisələri və müasir fəaliyyət haqqında “Bazar günü məktəbi”nin direktoru Yaqut Bəşirova məlumat verib.
Sonra şagirdlər vətənpərvər şeirlər səsləndirərək həlak olanların xatirəsinə dərin ehtiram ruhunda xüsusi mənəvi ab-hava yaradıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

