Hüseyn Abdullayev haqqında külli miqdarda vergidən yayınma faktına görə cinayət işi qaldırılıb
24.07.2013 [09:40]
Bəzi maraqlı dairələrin sırf hüquqi xarakter daşıyan bu prosesi siyasiləşdirmək cəhdləri heç bir nəticə verməyəcək
Son dövrlər Azərbaycan siyasi palitrasında cəmiyyət tərəfindən də kifayət qədər ciddi etirazla qarşılanan mənfi meyil özünü göstərməkdədir. Vaxtilə müəyyən imtiyazlarından istifadə edərək qeyri-qanuni yollarla biznes quran, fəaliyyətlərində ciddi qanunsuzluqlara yol verərək hüquqi məsuliyyətdən boyun qaçıran bəzi “siyasət”çilər müxtəlif bəhanələr irəli sürərək məsuliyyətə cəlb olunmaqdan yayınmağa cəhd edirlər. Antimilli qüvvələrə sığınmaq, onların Azərbaycandakı sifariş icraçılarının sıralarına üz tutmaq seçilən yollardan biridir. Hətta ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun timsalında qanun qaçaqçılarının prezidentliyə namizədliyinin irəli sürülməsinin də şahidi olduq. Sirr deyil ki, Rüstəm İbrahimbəyov vergidən yayınma faktlarına görə, haqqında hüquqi proses başladıqdan sonra ölkədən qaçaraq bu günə qədər ona bütün formalarda dəstək verən anti-azərbaycançı dairələrin himayəsinə sığınıb. Lakin Rüstəm İbrahimbəyov bu yolu seçən yeganə adam deyil. Onlardan biri də keçmiş millət vəkili Hüseyn Abdullayevdir.
Qeyd edək ki, bu günlərdə Hüseyn Abdullayevin vəkili iddia edib ki, guya onun müdafiə etdiyi şəxs barədə həbs qərarı onun “Susma” klipinə görə çıxarılıb. Təbii ki, bu, növbəti dəfə həqiqətləri ört basdır etməyə xidmət edən manipulyasiya cəhdidir. Amma bunun da hər hansı bir nəticə verəcəyini gözləmək əbəsdir. Çünki Azərbaycan cəmiyyəti əsl həqiqətləri, H.Abdullayev kimilərinin mahiyyətinin nədən ibarət olduğunu çox gözəl bilir. Xatırlatmaq yerinə düşər ki, H.Abdullayevin rəhbərlik etdiyi “Araz İNC” MMC-də küllü miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunması faktları üzrə başlanmış cinayət işi üzrə istintaq davam edir. Vergilər Nazirliyindən verilən məlumata görə, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 olan, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Araz İNC” MMC-də aparılan vergi yoxlaması zamanı müəyyən edilib ki, cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə 2,12 hektar torpaq sahəsində inşa edilən 1 bloklu 13 yaşayış, 2 qeyri-yaşayış, 1 texniki və 2 zirzəmi mərtəbəsindən ibarət olan binanın 5242,30 kvadratmetr yaşayış və 1043 kvadrat metr qeyri-yaşayış sahəsi 2009-cu il fevralın 1-dən tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində müxtəlif şəxslərə satılaraq 8 224 450,00 manat vəsait əldə olunsa da, həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməyib, habelə, “Araz İNC” MMC tərəfindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri həyata keçirilib.
İbtidai istintaq zamanı “Araz İNC” MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Abdullayev Hüseyn Abbas oğlunun həyata keçirdiyi aşkar edilib.
Qeyd edək ki, 2009-cu il 1 fevral tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində cəmiyyət tərəfindən 1 269 533,88 manat məbləğində əlavə dəyər vergisi və 244 546,61 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 1 514 080,49 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Hüseyn Abbas oğlu Abdullayev “Araz İNC” MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966 023,16 manat məbləğində gəlir əldə edib, CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və küllü miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib.
Eyni zamanda, jurnalistlərin apardığı araşdırma nəticəsində məlum olub ki, Hüseyn Abdullayevin Bakı şəhərində 73 ayrı-ayrı ünvanda mənzili, mülkü, torpaq sahəsi var. Təkcə anası Abdullayeva Zeynəb Bayraməli qızının adına 68 mənzil və fərdi yaşayış evi rəsmiləşdirilib. Atası Abdullayev Abbas Abdulla oğlunun adına isə 5 mənzil qeydə alınıb. H.Abdullayevin anası Zeynəb Avdullayevanın, atası Abbas Abdullayevin və bacısı İlhamə Abdullayevanın bank hesablarında olan vəsaitlər çıxarılır. Ailənin əsas bank aktivləri YapıKredi Bankda H.Abdullayevin anasının adında saxlanılıb. Vəsaitlərin dinamikası, nağd mədaxil və məxaric, həmçinin pul köçürmələrinin ümumi dövriyyəsi 10 milyonlarla dollar təşkil edir. Vəsaitlər hesablara daxil olan gün və ya sabahı nağd şəkildə xarici valyutada hesabdan çıxarılır. Həmin dövrdə bank mədaxilələri müşahidə edilmir. Bu da onu deməyə əsas verir ki, vəsaitlər hansısa yolla ölkədən nağd şəkildə çıxarılır. Vəsaitlərin kifayət qədər iri məbləğdə olması isə onu deməyə əsas verir ki, H.Abdullayev özünün və qohumlarının adına olan mülklərini satdırır. “Susma” klipi isə bütün bunları ört-basdır etmək, məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək cəhdidir. Amma Azərbaycan kifayət qədər güclü və hüququn hakim olduğu dövlətdir. Bu kimi məsələlərlə isə kimsə yol verdiyi qanun pozuntusunun məsuliyyətindən yayına bilməyəcək.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46

