Fermerlər üçün Bakı Harmoniyası...
21.11.2024 [09:05]
İqlim Təşəbbüsü təmiz ekoloji ərzaq ekosistemi üzrə beynəlxalq əlaqələri koordinasiya edəcək
COP29 sammiti çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: Fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” tədbiri keçirilib. COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirdə qlobal miqyasda iqlim dəyişikliklərinin qida təhlükəsizliyi, kənd təsərrüfatı və su resurslarına təsiri müzakirə edilib.
İqlim hədəfi həm də “yaşıl kənd təsərrüfatı”nı qurmaqdır
Qlobal iqlim dəyişiklikləri hazırda ən çox aqrar sahəyə zərər vurur. FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsi Viorel Gutunun sözlərinə görə, da fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər. Təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da fermerl icmasına ciddi ziyan vurur. Buna görə də, dünya ölkələri aqrar sahədə yeni modellər, iqlimə davamlı isteshal-emal zəncirləri qurmağa çalışır. Onlardan ən müasir aqrar inkişaf modeli olan “yaşıl kənd təsərrüfatı”dır.
“Yaşıl kənd təsərrüfatı” təbii ehtiyatların, biomüxtəlifliyin və ekosistem xidmətlərinin effektiv idarə olunmasını, eyni zamanda, cari və gələcək çağırışlara cavab verə bilən davamlı və dayanıqlı aqroekosistemlərin yaradılmasıdır ki, hazırda əksər ölkələr investisiyaları bu çərçivəyə əsasən müəyyən edir. Xüsusilə “yaşıl kənd təsərrüfatı”na keçid COP29-un proqramında yer əsas mövzulardandır. COP29 üçün 14 qlobal təşəbbüsündən biri kənd təsərrüfatının dayanıqlı inkişafında yerli və qlobal səviyyədə mübarizə metodlarının təşviqidir.
Bank sistemi aqrar sahəyə dəstək verəcək
Ölkəmiz bu meyilləri əsas götürərək “yaşıl kənd təsərrüfatı” ekositeminin möhkəmləndirmək üçün beynəlxalq təşkilatlar, o cümlədən FAO və qabaqcıl aqrar ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Aqrar sektorun iqlim təsirlərinin qarşısını almaqda üzləşdiyi əsas çətinliklərdən buiri dayanıqlı maliyyə çatışmazlığı ilə bağlıdır. Bu məqsədlə təminatlı maliyyə resurslarının, eləcə də xarici sərmayələrin kənd təsərrüfatı sahəsinə axınını təşviq etmək üçün Azərbaycan aparıcı investisiya şirkətləri və bank sektoru ilə əməkdaşlığı artırmağı nəzərdə tutur. Bir neçə beynəlxalq qurumla ilkin razılaşmaya əsasən, su təchizatının yaxşılaşdırılması, müasir aqrotexniki və iqlim dostu təcrübəsindən istifadənin tətbiqi üzrə layihələr icra olunacaq. Həmçinin bank və maliyyə sektoru ilə bu istiqamətdə əməkdaşlıq gücləndiriləcək. Bank sektorunun qarşıdakı dövrə aid hədəfləri də “yaşıl kənd təsərrüfatı”nın inkişafına yönəlib ki, bu da aqrar hədəflərə uyğundur. Eləcə də Mərkəzi Bank tərəfindən ötən həftə təsdiqlənən “Yaşıl Taksonomiya” sənədində yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanmasında əsas prinsiplərdən biri kənd təsərrüfatında yaşıl layihələrə dəstək verməkdir.
COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, ölkəmizdə aqrar sahə məşğulluqda mühüm rol oynayır, ümumi məşğulluğun 36 faizi kənd təsərrüfatı sahəsində cəmləşib. Müasir iqlim hədəfləri bu sahəyə də xüsusi diqqət və yanaşmaları labüdləşdirir. Aqrar sahənin “yaşıl iqtisadiyyat”a transformasiyası bütün COP ailəsi üçün mühüm prioritetlərndən biridir.
Aqroərzaq sistemlərinin sürətli transformasiyasına keçid
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun fikrincə, son 10 il ərzində aqroərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslər, koalisiyalar, şəbəkələr və tərəfdaşlıqlar əhəmiyyətli dərəcədə inkişaf etsə də, daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqroərzaq sistemlərinin sürətli transformasiyasına və koordinasiyaya ehtiyac var. Kənd təsərrüfatında gözlənilən iqlim hədəflərinin qarşısını almaq üçün qlobal həmrəyliyin artırılması olduqca vacibdir. Bu baxımdan Bakı Harmoniya İqlim Təşəbbüsünə qoşulan COP ailəsi öz səylərini birləşdirməklə əsas məqsədə daha asan çata bilər. Bu platforma, həmçinin fermerlərin təcrübi biliklər əldə etməsi, rəqəmsal alətlərə çıxışı, dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə tanış olmasında əvəzsiz rol oynayacaq, kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək.
Beləliklə, Bakı Harmoniya İqlim Təşəbbüsü ərzaq və kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərini bir platformada birləşdirmək və fermerlərə dəstək üçün əlçatan qaydalar hazırlamaq baxımından mühüm rol oynayır. Eyni zamanda, aqrar sahənin təmiz ekoloji ərzaq fazasında keçməsində beynəlxalq birliklə əlaqələrinin artmasında əlverişli imkanlar yaradacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:21
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10

